3-cü ADA Yay Düşərgəsi 2018

Artıq iki ildir ki, ADA Universiteti Bakı və Azərbaycanın müxtəlif bölgələrindən olan məktəblilərinin iştirakı ilə Yay Düşərgəsi təşkil edir. Yay Düşərgəsi, 9-15 yaş arası məktəblilərə yay mövsümünü maraqlı və səmərəli şəkildə keçirmək imkanı verən bir aylıq proqramdır. Xüsusi olaraq hazırlanmış düşərgə proqramı iştirakçıların ümumi dünyagörüşünü, məntiqini və tənqidi təfəkkürünü inkişaf etdirəcək, onlara yeni dostlar qazanmaqda, eyni zamanda özlərini və qabiliyətlərini bir daha kəşf etməkdə kömək edəcəkdir.

Məqsədlər:
  • iştirakçılara ətraf mühitə dair məlumatları çatdırmaq;
  • iştirakçılara ətraf mühitin mühafizəsinə dair bir sıra dəyərlər öyrətmək;
  • iştirakçılara ətraf mühitlə bağlı qərarlarının qəbul edilməsində fəal iştirak etmək imkanı yaratmaq;
  • incəsənətə, təbiətə və ətraf mühitə qayğıya maraq yaratmaq;
  • müxtəlif məşğələlər vasitəsilə gənclərin intellektual və yaradıcılıq imkanlarını inkişaf etdirmək;
  • uşaqlar üçün təhsil platformasını yaratmaq və inkişaf etdirmək;
  • ADA Universitetinin əsas dəyərlərindən olan sosial məsuliyyət və öhdəlik duyğularının təşviq etmək;
  • Azərbaycanın təhsil imkanlarına investisiyaları ölkənin uğurlu gələcəyinin təminatı kimi tanıtmaq.

Mövzular:

"Azərbaycan 100 - şərqlə qərb görüşdükdə" 09-13 iyul 2018
"İKT dahisi"                          16-20 iyul 2018
"Ən yaxşı gənc bankir"                 23-27 iyul 2018
"Ətraf mühitimiz”                         30 İyul - 3 Avqust 2018

Həftəlik proqramla bağlı buradan məlumat ala bilərsiniz. Proqramdakı bəzi mövzular dəyişə bilər. 

- Məşğələlər həm Azərbaycan, həm də ingilis dilində keçiriləcək;
- Hər gün müvafiq mühazirələr, interaktiv oyunlar, seminarlar, səfərlər, ekskursiyalar, təqdimatlar, sərgilər, icma layihələri və idman fəaliyyətlərindən ibarət olacaq;
- Proqrama tədris materialları, nəqliyyat, turlar və səfərlər, promo materiallar, çay fasilələri və nahar daxildir.

Hər həftənin sonunda iştirakçılar Yay Düşərgəsinin sertifikatlarını alacaqlar.

Müraciət Prosesi:

Aşağıdakı sənədləri 30 iyun 2018-ci il tarixindən gec olmayaraq təqdim edin:
  1. Tamamlanmış onlayn ərizə forması
  2. Ödəniş qəbzinin surəti. Ödənişi bank və ya onlayn ödəniş vasitəsilə edə bilərsiniz.
  3. İmzalanmış müqavilələr və razılıq aktları
  4. Müqaviləni və razılq aktını imzalayan şəxsin şəxsiyyət vəsiqəsinin surəti (bu sənədlər eyni şəxs tərəfindən imzalanmalıdır). İştirakçı 18 yaşına çatmayıbsa, valideynləri (ata, ana, uşağı rəsmi olaraq övladlığa götürən şəxs və ya valideynlərin hər ikisinin "Notarius" tərəfindən təsdiqlənmiş razılığını alaraq uşağı təmsil edən şəxs), müqaviləni və razılıq aktını imzalayır .
  5. İştirakçının şəxsiyyət vəsiqəsi
Bütün sənədlər ceeus@ada.edu.az ünvanına göndərilməlidir
Yerlər məhduddur.

Hər bir qrupda iştirakçıların sayı 40 nəfərdir.
Qeydiyyat üçün son tarix 30 iyun 2018-ci ildir. 

Qiymətlər və Ödəniş:

Bir həftəlik proqramın dəyəri 350 AZN-dir

- İştirakçı bir həftədən daha çox müddətə qeydiyyatdan keçərsə - 300 AZN
- Eyni ailədən birdən çox ərizəçi müraciət edərsə, hər bir ailə üzvü üçün - 300 AZN

Tədris haqqı geri qaytarılmır.