Akademik Məqsədlər üçün İngilis Dili (EAP)

 

Intensiv İngilis Dili üzrə Yay Məktəbi 2017

 

  • Əsas Dil Bacarıqları: Dinləmə, Danışıq, Oxu, Akademik Yazı və İngilis Dilinin Qrammatikası
  • (Yay Məktəbi zamanı İngilis Dilinin Qrammatikası kursu Dinləmə, Danışıq, Oxu, Akademik Yazı modullarına daxildir)
  • İnnovativ tədris və pedaqogika
  • Təcrübəli yerli və xarici müəllim heyəti
  • Modul: Bütün proqram və ya modul seçimləri
  • Proqramın başlama tarixi: 5 İyun, 2017


Təklif olunan dil səviyyələri: Elementary, Pre-Intermediate, Intermediate, Upper-Intermediate, Low-Advanced

 

 

Oxu və Yazı

 

Oxu və yazı modulu tələbələrdə əsasən oxu, tənqidi təfəkkür və yazı bacarıqlarını inkişaf etdirir.  Eyni zamanda, oxu materiallarındakı qrammatik strukturların və lüğət tərkibinin öyrənilməsini də nəzərdə tutur. Tələbələr müxtəlif oxu strategiyalarından istifadə etməklə və lüğət ehtiyatlarını zənginləşdirməklə daha sürətli və bacarıqlı oxuculara çevrilirlər. Bu modul həmçinin tələbələrin söz ehtiyyatını genişləndirərək onlara tanış olmayan sözlərin mənasını təhlil etməkdə yardımçı olur.  Onlar öz yazı bacarıqlarını müxtəlif yazı tapşırıqlarında dili, qrammatikanı və məzmunu daha aydın şəkildə tətbiq etməklə inkişaf etdirirlər.

 

Dinləmə və Ünsiyyət

 

Dinləmə və ünsiyyət modulu tələbələrdə dinləmək və ünsiyyət qurmaq bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı düzgün tələffüz qaydaları, qrammatik biliklərin möhkəmləndirilməsi və lüğət ehtiyatının genişləndirilməsinə komək edir. Tələbələr müxtəlif materialları - radio reportajları, müsahibələri, mühazirələri dinləyərək həmin materiallardakı ümumi fikri və daha spesifik məlumatları aşkar etməklə dinləmə qabiliyyətini inkişaf etdirirlər. Onlar dinlədikləri materiallarda müəlliflərin çatdırmaq istədikləri əsas ideyanı tapmaqla daha yaxşı düşünmək qabiliyyətinə yiyələnirlər. Bundan əlavə, tələbələr öyrəndikləri qrammatik qaydaların və sözlərin istifadə edilməsini tələb edən geniş və məzmunlu nitq tapşırıqlarını yerinə yetirir, ünsiyyət qurmaq bacarıqlarını da artırırlar.

 

Qrammatika

 

Bu modulun əsas məqsədi tələbələrə onların oxu və yazı, dinləmə və ünsiyyət modullarında istifadə etdikləri qrammatik qaydalarla bağlı daha dərin biliklər vermək və onların düzgün, dəqiq və mənalı şəkildə istifadə edilməsinə nail olmaqdır.

 

 

Dərs Cədvəli və Təhsil Haqqı

 

(Low-Advanced istisna olmaqla bütün səviyyələr)

 

 

Bütün proqram: Oxu və Yazı, Dinləmə və Ünsiyyət

Müddət: beş həftə (150 saat)

 

·       Həftə içi hər gün 4 dərs

·       Səhər növbəsi 09:00 – 15:30

·       Təhsil haqqı – 1625 AZN

 

Seçmə Modullar: Oxu və Yazı / Dinləmə və Ünsiyyət

 

Müddət: beş həftə (75 saat)

 

Həftə içi hər gün 2 dərs

Səhər (09:00 – 12:00) və ya günorta (12:00 – 15:00) növbəsi

Təhsil haqqı – 820 AZN


Qiymətləndirmə testləri şənbə günləri təşkil olunacaq.

 

 

Low-Advanced səviyyəsi

 

 

Bütün proqram: Oxu və Yazı, Dinləmə və Ünsiyyət

 

Müddət: dörd həftə (110 saat)

                  Bu kurs yay müddətində iki dəfə təklif olunacaq. Alternativ başlanğıc tarixi 10 iyul, 2017.

 

·       Həftə içi hər gün 4 dərs

·       Səhər növbəsi 09:00 – 15:30

·       Təhsil haqqı – 1200 AZN

 

Seçmə Modullar: Oxu və Yazı / Dinləmə və Ünsiyyət

 

Müddət: dörd həftə (55 saat)

 

Həftə içi hər gün 2 dərs

Səhər (09:00 – 12:00) və ya günorta (12:00 – 15:00) növbəsi

Təhsil haqqı – 600 AZN


Qiymətləndirmə testləri şənbə günləri təşkil olunacaq.

 

Qeyd: seçmə modullar ADA Universitetinin magistr proqramlarına şərti qəbul olunan namizədlər üçün təklif olunmur.

 

Tələblər:

 

·       14 və daha yuxarı yaş tələbələr üçün

·       Upper-İntermediate səviyyəsinin bütün modullarını (Oxu və Yazı, Dinləmə və Ünsiyyət, Qrammatika) uğurla bitirən məzunlar ADA Universitetinin bakalavr tələbəsi olduqları təqdirdə TOEFL/IELTS imtahanı və İngilis Dili Hazırlıq Proqramından azad edilirlər.

·       Low-Advanced səviyyəsinin bütün modullarını (Oxu və Yazı, Dinləmə və Ünsiyyət, Qrammatika) uğurla bitirən məzunlar ADA Universitetinin magistr tələbəsi olduqları təqdirdə TOEFL/IELTS imtahanından azad edilirlər.

·       Modulları uğurla bitirən məzunlar ADA Universitetinin sertifikatları ilə təltif olunurlar.

·       Akademik Məqsədlər üçün İngilis Dili proqramı (EAP) akademik dərəcə proqramı hesab edilmir və akademik kredit qazandırmır.

·       EAP sertifikatı ADA Universitetinin müxtəlif fakultələrində təhsili davam etdirmək üçün zəmanət vermir.

 

 

Necə müraciət etməli?

 

Aşağıda göstərilən sənədlər 26 May, 2017-cı il tarixinədək commercialprograms@ada.edu.az ünvanına göndərilməlidir:

 

  • Tamamlanmış ərizə forması
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • 1 ədəd fotoşəkil
  • Ödəniş qəbzi

 

Təhsil haqqını necə ödəməli?

 

  • Online ödəniş (“Program of Study” bölümündə “School of Education”, “Description of Payment” bölümündə isə “Tuition Fee” seçməyiniz xahiş olunur)
  • Bank köçürmələri


Əlavə məlumat üçün: commercialprograms@ada.edu.az or call (+994 12) 437 3235; (+994 50) 243 12 19