Akademik və Peşəkar Məqsədlər üçün İngilis Dili (EAPP)

Yaz Semestri 2017

  • Əsas Dil Bacarıqları: Dinləmə, Danışıq, İngilis Dilinin Qrammatikası, Oxu və Akademik Yazı
  • İnnovativ tədris və pedaqogika
  • Peşəkar yerli və xarici müəllim heyəti
  • Təhsil müddəti: 1 semestrdən 1 tədris ilinədək
  •  Modul: Bütün proqram və ya modul seçimləri
  • Proqramın başlama tarixi: 23 Yanvar, 2017


Oxu və Yazı

Oxu və yazı modulu tələbələrdə əsasən oxu, tənqidi təfəkkür və yazı bacarıqlarını inkişaf etdirir.  Eyni zamanda, oxu materiallarındakı qrammatik strukturların və lüğət tərkibinin öyrənilməsini də nəzərdə tutur. Tələbələr müxtəlif oxu strategiyalarından istifadə etməklə və lüğət ehtiyatlarını zənginləşdirməklə daha sürətli və bacarıqlı oxuculara çevrilirlər. Bu modul həmçinin tələbələrin söz ehtiyyatını genişləndirərək onlara tanış olmayan sözlərin mənasını təhlil etməkdə yardımçı olur.  Onlar öz yazı bacarıqlarını müxtəlif yazı tapşırıqlarında dili, qrammatikanı və məzmunu daha aydın şəkildə tətbiq etməklə inkişaf etdirirlər.

Dinləmə və Ünsiyyət

Dinləmə və ünsiyyət modulu tələbələrdə dinləmək və ünsiyyət qurmaq bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı düzgün tələffüz qaydaları, qrammatik biliklərin möhkəmləndirilməsi və lüğət ehtiyatının genişləndirilməsinə komək edir. Tələbələr müxtəlif materialları - radio reportajları, müsahibələri, mühazirələri dinləyərək həmin materiallardakı ümumi fikri və daha spesifik məlumatları aşkar etməklə dinləmə qabiliyyətini inkişaf etdirirlər. Onlar dinlədikləri materiallarda müəlliflərin çatdırmaq istədikləri əsas ideyanı tapmaqla daha yaxşı düşünmək qabiliyyətinə yiyələnirlər. Bundan əlavə, tələbələr öyrəndikləri qrammatik qaydaların və sözlərin istifadə edilməsini tələb edən geniş və məzmunlu nitq tapşırıqlarını yerinə yetirir, ünsiyyət qurmaq bacarıqlarını da artırırlar.

Qrammatika

Bu modulun əsas məqsədi tələbələrə onların oxu və yazı, dinləmə və ünsiyyət modullarında istifadə etdikləri qrammatik qaydalarla bağlı daha dərin biliklər vermək və onların düzgün, dəqiq və mənalı şəkildə istifadə edilməsinə nail olmaqdır.

* 15 və daha yuxarı yaş tələbələr üçün
* Modulları uğurla bitirən məzunlar ADA Universitetinin sertifikatları ilə təltif olunurlar.  Sertifikatlar 2 il müddətində etibralıdır
* Upper-İntermediate səviyyəsinin bütün modullarını (Oxu və Yazı, Dinləmə və Ünsiyyət, Qrammatika) uğurla bitirən məzunlar ADA Universiteti bakalavr tələbəsi olduqları təqdirdə İngilis Dili Hazırlıq Proqramından azad edilirlər. 
* Akademik və Professional Məqsədlər üçün İngilis Dili proqramı (EAPP) akademik dərəcə proqramı hesab edilmir və akademik kredit qazandırmır.
* EAPP sertifikatı ADA Universitetinin müxtəlif fakultələrində təhsili davam etdirmək üçün zəmanət vermir.



Dil Biliyi Səviyyələri, Dərs Cədvəli və Təhsil Haqqı

Bütün modullar: Oxu və Yazı, Dinləmə və Ünsiyyət, Qrammatika

Həftə içi hər gün 3 dərs – hər dərs 75 dəqiqə
Səhər növbəsi 09:00 – 13:15
Günorta növbəsi 13:30 - 17:45

  • Elementary – Pre-Intermediate – 15 həftə (300 saat) – 3250 AZN + 75 AZN tələbə rüsumu
  • Pre-Intermediate – Intermediate – 15 həftə (300 saat) – 3250 AZN + 75 AZN tələbə rüsumu
  • Intermediate – Upper-Intermediate – 15 həftə (300 saat) – 3250 AZN + 75 AZN tələbə rüsumu
  • Upper-Intermediate – 15 həftə (210 saat) – 3250 AZN + 75 AZN tələbə rüsumu


Seçmə Modullar

1. Oxu və Yazı / Dinləmə və Ünsiyyət, Qrammatika – seçimdən asılı olaraq

Həftə içi 7-8 dərs – hər dərs 75 dəqiqə
Səhər və ya günorta növbəsi
  • Elementary – Pre-Intermediate – 15 həftə (140-150 saat) – 2250 AZN + 75 AZN tələbə rüsumu
  • Pre-Intermediate – Intermediate – 15 həftə (140-150 saat) – 2250 AZN + 75 AZN tələbə rüsumu
  • Intermediate – Upper-Intermediate – 15 həftə (140-150 saat) – 2250 AZN + 75 AZN tələbə rüsumu
  • Upper-Intermediate – 15 həftə (210 saat) – 2250 AZN + 75 AZN tələbə rüsumu

2. Dinləmə və Ünsiyyət / Qrammatika – seçimdən asılı olaraq

Həftə içi 4 dərs – hər dərs 75 dəqiqə
Səhər və ya günorta növbəsi
  • Elementary – Pre-Intermediate – 15 həftə (80 saat) – 1525 AZN + 75 AZN tələbə rüsumu
  • Pre-Intermediate – Intermediate – 15 həftə (80 saat) – 1525 AZN + 75 AZN tələbə rüsumu
  • Intermediate – Upper-Intermediate – 15 həftə (80 saat) – 1525 AZN + 75 AZN tələbə rüsumu
  • Upper-Intermediate – 15 həftə (80 saat) – 1525 AZN + 75 AZN tələbə rüsumu

 
Necə müraciət etməli?


Aşağıda göstərilən sənədlər 18 Yanvar, 2017-cı il tarixinədək commercialprograms@ada.edu.az ünvanına göndərilməlidir:

  • Tamamlanmış ərizə forması
  • Şəxsiyyət vəsiqəsinin surəti (beynəlxalq tələbələr üçün passportun surəti)
  • 1 ədəd fotoşəkil
  •  Attestat/Universitet diplomunun surəti və ya məktəb/universitet/işdən arayış

İştirakçının ingilis dili bilik səviyyəsini müəyyən etmək və müvafiq qrupda yerləşdirməki məqsədi ilə imtahan keçiriləcək. Bütün namizədlər 23 Yanvar, 2017-cı il tarixində ADA Universitetində keçiriləcək imtahanda iştirak etməlidirlər.

Təhsil haqqını necə ödəməli?

Ödəniş seçilmiş fənlərə uyğun olaraq 19 Yanvar, 2017-ci il tarixinədək edilməlidir:



Əlavə məlumat üçün: 

Tel: (+994 12) 437 3235; (+994 50) 243 12 19;