Hörmətli Abituriyent!

“ADA” Universitetinə qəbul olmağınız münasibətilə Sizi təbrik edirik!

Ümid edirik ki, burada təhsil aldığınız müddət sizin üçün səmərəli və maraqlı olacaqdır. Qəbulunuzun rəsmiləşdirilməsi üçün qeydiyyatdan keçmək tələb olunur.

 “ADA” Universitetinin bakalavr pilləsinə qəbul olmuş abituriyentlər tələb olunan sənədləri Universitetin Tələbə Qəbulu Şöbəsinə təqdim etməlidirlər. Əks halda abituriyentin qediyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir. 

Qeydiyyata tələbənin şəxsən gəlməsi tələb olunur. 

Qeydiyyata yalnız tam sənədlər paketi ilə gəlmiş tələbələr buraxılır.

Qeydiyyat qaydalarını buradan yükləyib bütöv şəkildə oxuya bilərsiniz və ya soldakı və aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz: