“ADA” Universitetinin bakalavriat pilləsinə SAT imtahanının nəticəsi ilə sənəd vermək istəyənlərin nəzərinə!

 SAT imtahanının nəticəsi ilə müraciət edənlər üçün tələblər (son tarix 15 iyun 2017-ci ildir):

  • sənəd qəbulu müddətində (aprel ayının 10-dək) “Abituriyentin elektron ərizəsi”ni ümumi qaydada təsdiq etdikdən sonra ərizənin surətini və SAT balı haqqında məlumatı iyun ayının 15-ə qədər DİM-ə təqdim etmək. 
  • SAT nəticələrinin elektron şəkildə College Board saytında (www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərilməsi;
  • “ADA” Universitetinin elektron ərizə formasının doldurulması. Elektron ərizə forması üçün keçid: www.ada.edu.az/apply;
  • IELTS və ya TOEFL (nəticələrin göndərilməsi üçün kod 2093) imtahanının nəticəsinin təqdim olunması. Nəticələr elektron ərizə formasına yüklənməlidir. Qəbul üçün minimum bal tələbi qoyulmur;
  • Azərbaycanda ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcədə ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiyməti almalıdırlar.  Bunun üçün onlar rus bölməsinin abituriyentləri kimi aprelin 10-dək dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən rus bölməsini seçməlidirlər. “Azərbaycan dili” fənni üzrə imtahanın tarixləri DİM-ın saytında yerləşdirilmişdir.  2016-cı ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar. Azərbaycanda ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər buraxılış imtahanında iştirak edərək Azərbaycan dili fənni üzrə 15 bal toplamalıdırlar.  
  • “ADA” Universitetinin pedaqoji heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak. Müsahibə iyun ayında sənəd qəbulu prosesi bitdikdən sonra keçiriləcəkdir.