SAT ilə Qəbulun Nəticələri və Qeydiyyat Prosesi


“ADA” Universitetinə SAT imtahanlarının nəticəsi ilə sənəd vermiş abituriyentlərin yekun nəticələri elan olunur. 

Aşağıdakı siyahıda abituriyentin soyadı, adı və atasının adı və DİM iş nömrəsi vasitəsilə nəticələri yoxlamaq olar:


- Qəbul olmuş abituriyentlərin siyahısı 


Qəbul olmuş abituriyentləri təbrik edirik və qəbulun təsdiqlənməsi üçün qeydiyyatdan keçməyə dəvət edirik. 


Qeydiyyat tarixləri: 18-21 iyul, 2017-ci il

Qeydiyyat saatları: 10:00-17:00 (fasilə: 13:00- 14:00) 


“ADA” Universitetinin bakalavr pilləsinə qəbul olmuş abituriyentlər tələb olunan sənədləri Universitetin Tələbə Qəbulu Şöbəsinə qeydiyyat tarixlərində təqdim etməlidirlər. Əks halda abituriyentin qediyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir. 



Bütün qeydiyyatdan keçmiş abituriyentlər tələbə kartlarının alınması üçün 15-25 avqust tarixlərində “ADA” Universitetinin Tələbə Qəbulu Şöbəsinə müraciət etməlidirlər. Yeni qəbul olmuş və qeydiyyatdan keçmiş tələbələr üçün tanışlıq günləri 5-9 sentyabr tarixlərində keçiriləcəkdir. Tanışlıq günlərində iştirak mütləqdir. Tanışlıq günləri haqqında ətraflı məlumatı avqust ayının sonunda əldə edə bilərsiniz. 


Əlavə məlumat üçün Tələbə Qəbulu şöbəsinə müraciət edə bilərsiniz: 

Telefon: 012 437 32 35, daxili nömrə 403, 156, 326, 101

E-mail: bachelors@ada.edu.az