Tələb olunan sənədlərin siyahısı 

  1. “ADA” Universitetinin elektron ərizə forması
  2. Attestatın əsli
  3. Şəxsiyyət vəsiqəsinin əsli və iki ədəd surəti
  4. Tələbə müqaviləsi iki nüsxədə
  5. 4 ədəd fotoşəkil
  6. Ödəniş qəbzi
  7. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti  (oğlanlar üçün)
  8. TOEFL/IELTS imtahanının sertifikatının əsli (olduğu halda)
  9. Tələbənin 18 yaşı olmadığı halda aşağıdakı sənədlər əlavə olaraq tələb olunur:
    • Hər iki valideynin (rəsmi qəyyumun) şəxsiyyət vəsiqələrinin surətləri (2 ədəd)
    • Tələbənin doğum haqqında şəhadətnaməsinin əsli və iki ədəd surəti
         10. İmtiyazlı kateqoriyalara məxsus tələbələr bu imtiyazı təsdiq edən müvafiq sənədləri (əsli və surəti) təqdim etməlidirlər.


Tələb olunan sənədlərlə bağlı qeydlər

  1.  “ADA” Universitetinin elektron ərizə forması. Bu ərizə formasına buradan keçin. Ərizə forması sənədləri gətirməzdən öncə internet vasitəsilə  tamamlanmalıdır. Ərizə formasının yazılması qaydalarını buradan yükləyin.
  2. Tələbə müqaviləsi: müqavilə iki nüsxədə çap olunmalı və imzalanmalıdır. Müqaviləni aşağıdan yükləyin. Tələbənin 18 yaşı olmadığı halda, müqavilə hər iki valideyn və ya rəsmi qəyyum tərəfindən imzalanmalıdır. 
        3. 4 ədəd fotoşəkil (3x4)- fotoşəklin arxa tərəfində tələbənin adı və soyadı, qəbul olduğu ixtisas qeyd olunmalıdır.
        4. Ödəniş qəbzi. Ödənişi iki yolla etmək mümkündür: onlayn və ya bank vasitəsilə. 
    • Onlayn ödəmə üçün keçid
    • Bank ödənişi üçün formanı buradan yükləyin