ADA-Avropa İttifaqı Yay Düşərgəsi 2017         
 

Yay mövsümünü maraqlı və əyləncəli proqrama qatılmaqla keçirmək istəyən məktəbliləri ADA-Avropa İttifaqı Yay Düşərgəsi gözləyir. 9-14 yaş arası yeniyetmələrə açıq olan bu düşərgə zamanı şagirdlər dörd həftə ərzində müxtəlif mövzuları əhatə edəcəklər: 

“Teatr və İncəsənət”                   03-07 iyul, 2017
 “Ətrafımızdakı Dünya”             10-14 iyul, 2017
 “Fotoqraflıq və Media”             17-21 iyul, 2017
 “Irs düşərgəsi”                              24-28 iyul, 2017

üzrə gündəlik dərslər ADA Universitetinin Avropa İttifaqı üzrə Bilik Mərkəzi ilə birgə təşkil edilərək dünyanın ən zəngin mədəni irsli qitəsi olan Avropanı şagirdlərə daha yaxından tanıdacaq. Dərslərdə Avropa ölkələrinin paytaxtımızda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları da qonaq qismində çıxış edəcəklər. 

Məktəblilər düşərgəyə bütünlüklə: 03-28 iyul tarixlərinə və ya həftəlik proqram əsasında yazıla bilərlər. Yay Düşərgəsi iştirakçıları ümumi dünyagörüşü, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaq, eyni zamanda özlərini və qabiliyətlərini bir daha kəşf edəcəklər. 

Düşərgə azərbaycan, rus və ya ingilis dillərində təşkil olunacaq.
Proqrama nəqliyyat, ekskursiyalar, promo materiallar, çay fasilələri və nahar daxildir.
Düşərgədə hər  həftə 40 şagird iştirak edəcək.
 
Yay Düşərgəsini uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif ediləcəklər. 
 
Düşərgənin ətraflı proqramı ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

Yerlər məhduddur.  Qəbul üçün aşağldakı sənədlər ceeus@ada.edu.az ünvanına göndərilməlidir:
 
• 1 ədəd fotoşəkil (3X4)
• Ödəniş qəbzinin surəti (bir həftəlik proqramda iştirak üçün təhsil haqqı 300 AZN-dir )
 
Ödəniş qaydaları bank köçürməsi ilə:

PaşaBank ASC
Kod:                          505141
VÖEN:                       1700767721
Müxbir hesab:        AZ82NABZ01350100000000071944
S.W.I.F.T. Bik:            PAHAAZ22
Ad:                             "ADA” Universiteti Fondu
Hesab №:                   AZ77PAHA38090AZNHC0190024019
VÖEN:                         1502711031
 
Ödəniş istənilən şəxs tərəfindən həyata keçirilə bilər. İştirakçının adı mütləq qeyd olunmalıdır. Düşərgə başlandıqdan sonra iştirak etməyən şəxslərin təhsil haqqı geri qaytarılmır.
 
Ətraflı məlumat üçün əlaqə nömrəmiz:
Tel: (+994 12) 437 3235 (288)