Tələb olunan sənədlərin siyahısı 

  1. “ADA” Universitetinin elektron ərizə forması (Ərizə formasının yazılma qaydalarını bu videoda izləyə bilərsiniz)
  2. Attestatın əsli
  3. Şəxsiyyət vəsiqəsinin əsli və iki ədəd surəti
  4. Tələbə müqaviləsi iki nüsxədə
  5. 4 ədəd fotoşəkil
  6. Ödəniş qəbzi
  7. DİM-in iş nömrəsi, şəxsi kabinetin istifadəçi adı və parolu 
  8. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
  9. TOEFL/IELTS imtahanının sertifikatının əsli (olduğu halda)
  10. Tələbənin 18 yaşı olmadığı halda aşağıdakı sənədlər əlavə olaraq tələb olunur:
    1. Hər iki valideynin (rəsmi qəyyumun) şəxsiyyət vəsiqələrinin surətləri (2 ədəd)
    2. Tələbənin doğum haqqında şəhadətnaməsinin əsli və iki ədəd surəti
    3. Valideynlərin hər ikisi iştirak etmədikləri halda notarial qaydada təsdiq olunmuş “Razılıq Məktubu”
  11. İmtiyazlı kateqoriyalara məxsus tələbələr bu imtiyazı təsdiq edən müvafiq sənədləri (əsli və surəti) təqdim etməlidirlər.

Tələb olunan sənədlərlə bağlı qeydlər

  1. “ADA” Universitetinin elektron ərizə forması. Ərizə formasına buradan keçin. Ərizə forması sənədləri gətirməzdən öncə internet vasitəsilə tamamlanmalıdır. Ərizə haqqı 40 manatdır və ərizə formasının sonunda onlayn və ya bank hesabına köçürülmə yolu ilə ödənilə bilər.
  2. Tələbə müqaviləsi: müqavilə iki nüsxədə çap olunmalı və imzalanmalıdır. Tələbənin 18 yaşı olmadığı halda, müqavilə hər iki valideyn və ya rəsmi qəyyum tərəfindən imzalanmalıdır. 
    • Valideynlərin hər ikisi iştirak etmədikləri halda iştirak edən valideynə və ya tələbəyə qeydiyyatdan keçmək və bank hesabının açılması barədə notarial qaydada təsdiq olunmuş “Razılıq Məktubu” verilməlidir. 
             Müqavilələri tələbənin qəbul olduğu ixtisasa görə aşağıdan yükləyin:
        3.  4 ədəd fotoşəkil (3x4)- fotoşəklin arxa tərəfində tələbənin adı və soyadı, qəbul olduğu ixtisas qeyd olunmalıdır.
        4.  Ödəniş qəbzi. Ödənişi iki yolla etmək mümkündür: onlayn və ya bank vasitəsilə.