Hörmətli Abituriyent!

“ADA” Universitetinə qəbul olmağınız münasibətilə Sizi təbrik edirik!
Ümid edirik ki, burada təhsil aldığınız müddət sizin üçün səmərəli və maraqlı olacaqdır. Qəbulunuzun rəsmiləşdirilməsi üçün qeydiyyatdan keçmək tələb olunur.

 “ADA” Universitetinin bakalavr pilləsinə qəbul olmuş abituriyentlər aşağıda göstərilən sənədləri Universitetin Tələbə Qəbulu Şöbəsinə təqdim etməlidirlər. Əks halda abituriyentin qediyyatdan keçməməsi təhsil almaqdan imtina kimi qiymətləndirilir. 

Qeydiyyata tələbənin şəxsən gəlməsi tələb olunur. Tələbənin 18 yaşı olmadığı halda hər iki valideynin iştirakı da tələb olunur. Valideynlər iştirak edə bilmədikləri halda tələbəyə qeydiyyatda keçmək və bank hesabının açılması barədə notarial qaydada təsdiq olunmuş “Razılıq Məktubu” verilməlidir. 

Qeydiyyata yalnız tam sənədlər paketi ilə gəlmiş tələbələr buraxılır.

Qeydiyyat qaydalarını buradan yükləyib bütöv şəkildə oxuya bilərsiniz və ya aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz.