ADA
Events

"ADA-da 1 gün" layihəsi davam edir

"ADA-da 1 gün" layihəsi davam edir

Bir günlük ADA tələbəsi olmaq istəyənlər,

Əgər siz hələ də ADA Universitetini kəşf etməmisinizsə, həmçinin sonuncu kurs tələbəsi və ya yuxarı sinif şagirdisinizsə,"ADA-da 1 gün" layihəsinə qoşula bilərsiniz. Bunun üçün 1day@ada.edu.az e-ünvanına yazaraq, sorğunu tamamlamanız və sizin üçün təyin edilən "Bir günü" ADA-da keçirməniz kifayətdir. Müraciətinizi göndərdikdən sonra əməkdaşlarımız sizin üçün təyin edilən Bir gün barədə əvvəlcədən sizinlə əlaqə saxlayaraq məlumat verəcək.

ADA-da 1 gün layihəsi sizə ADA-da tədris edilən təhsil sahələrindən birini seçərək, Universiteti tələbələrlə birgə tanımaq imkanı verir. 

"ADA-da bir gün" layihəsinə qoşulmaqla:
  • İngilisdilli dərslərdə iştirak etmək
  • Ölkənin ən böyük rəqəmsal kitabxanasından yararlanmaq
  • Fərqli akademik mühitdə vaxt keçirmək
  • Əsl tələbə həyatı yaşamaq
  • Proqramlar və qəbul şərtləri ilə tanış olmaq fürsəti əldə edəcəksiniz.
"ADA-da bir gün" layihəsinə müraciət üçün son tarix: 10 may 2020-ci il.
 

  • Cost: Free
  • Contact: 1day@ada.edu.az
Event type: University