ADA
Undergraduate

Bakalavr qəbul prosesi

ADA Universiteti yüksək akademik göstəriciləri və inkişaf potensialı olan namizədləri öz bakalavr ixtisaslarına sənəd verməyə dəvət edir. Əsas dəyərlərimizdən biri olan müxtəliflik prinsipini rəhbər tutaraq, Azərbaycanın və dünyanın hər bir nöqtəsindən tələbələr qəbul edirik.

ADA Universiteti bakalavr pilləsində aşağıdakı ixtisasları təklif edir:

İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsi Biznes Fakültəsi İctimai və Beynəlxalq Münasibətlər Fakültəsi Hüquq Fakültəsi Kənd Təsərrüfatı və Qida Elmi Fakültəsi                           Dizayn və  Memarlıq fakültəsi
• Kompüter elmləri •Biznesin idarə edilməsi • Beynəlxalq münasibətlər •Hüquqşünaslıq •  Kənd Təsərrüfatı elmləri 
•  Memarlıq
• İnformasiya Texnologiyaları • İqtisadiyyat  • Dövlət və ictimai münasibətlər  
• Heyvandarlıq elmləri 

•  İnteryer dizayn
• Kompüter Mühəndisliyi • Maliyyə • Kommunikasiya və rəqəmsal media   • Qida elmləri  
• Riyaziyyat          
• Elektrik və Elektronika Mühəndisliyi          

 

Müraciət prosesi

Bakalavr pilləsinə qəbul prosesi Azərbaycan vətəndaşları və xarici ölkə vətəndaşları üçün fərqlidir.

Azərbaycanda Daimi Yaşayış İcazəsi (DYİ) olan əcnəbilər və biri Azərbaycan vətəndaşlığı olmaqla, ikili vətəndaşlığı olan şəxslər də Azərbaycan vətəndaşları ilə eyni qaydalara əsasən qəbul üçün müraciət etməlidirlər.



Əcnəbilərin müraciət prosesi

Əcnəbilərin qəbul üçün müraciət prosesi üç mərhələdən ibarətdir

Namizədlər ADA Universitetinin elektron ərizə formasına, aşağıda qeyd olunan sənədləri yükləməlidirlər:
  • Attestat/Məktəbdən arayış
  • Dərs qiymət cədvəli
  • CV/Tərcümeyi-hal (iki səhifədən artıq olmayan)
  • Motivasiya məktubu (minimum 300, maksimum 500 sözdən ibarət)
  • Pasport
  • Fotoşəkil
  • Akademik və Peşəkar Məqsədlər üçün İngilis dili proqramında oxumaq istəməyənlər üçün IELTS Academik 6.0 / TOEFL IBT 75 / PTE 50 / Duolingo 105 nəticəsi (olduğu halda)

Elektron ərizənin əlavələri ingilis dilində və ya notarial qaydada təsdiqlənmiş ingilis dilinə tərcümə ilə təqdim olunmalıdır. Elektron ərizənin sonunda 40 AZN məbləğində geri qaytarılmayan ərizə rüsumunu ödəməklə ərizə tamamlanır. Son müraciət tarixi avqustun 1-idir.

Elektron ərizə və sənədlərə ilkin baxışın nəticələrinə əsasən seçilmiş namizədlər onlayn və ingilis dilində keçirilən müsahibəyə dəvət olunurlar. Qəbul komitəsi namizədin akademik göstəricilərini, intellektual və inkişaf potensialını, və gələcək karyera məqsədlərini müsahibədə qiymətləndirir. Müsahibə qəbul prosesinin son mərhələsidir və yekun qərar namizədin müsahibə nəticələrinə əsasən verilir.

ADA Universiteti xarici ölkə vətəndaşları üçün bir sıra təqaüdlər, o cümlədən Əlimərdan bəy Topçubaşov təqaüdünü təklif edir. Təqaüdlərə müraciət etmək üçün siz aprelin 1-ədək ADA Universitetinin ərizə formasını tamamlamalısınız. Ətraflı məlumatı burada tapa bilərsiniz.

Azərbaycan vətəndaşları üçün qəbul xətləri

  • DİM imtahanı
  • SAT imtahanı
  • IB/A LEVEL/AP nəticələri
  • ADA məktəbi məzunları
  • Olimpiada qalibləri

Dövlət İmtahan Mərkəzi xətti ilə qəbul qaydaları

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarının nəticəsi ilə müraciət edən namizədlər ADA Universitetinin və DİM-in elektron ərizə formasını doldurmalıdırlar. Hazırda ADA Universitetinin ixtisaslarına I, II, III və V qrup üzrə müraciət etmək mümkündür. Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanı nəticəsi ilə müraciət edən abituriyentlər ADA Universitetinin və DİM-in elektron ərizə formasını doldurmalıdırlar. Bakalavriat ixtisaslarında müsabiqə bütün bölmələr üçün birgə aparılır. I, II və III qrup daxilində müsabiqədə iştirak etmək üçün minimal 400 bal tələb olunur. Yalnız I ixtisas qrupu üzrə “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin Kənd təsərrüfatı texnologiyaları ixtisasında minimal keçid balı 300 bal təşkil edir. Memarlıq və Dizayn (interyer dizayn) ixtisaslarına seçim yalnız qəbul imtahanlarının nəticəsinə əsasən aparılır və qabiliyyət imtahanı tələb olunmur. Dizayn (interyer dizayn) ixtisasına DİM-in buraxılış imtahanında 300 bal üzərindən ən azı 180 bal tələb olunur. Qəbul balı isə hər il hər bir ixtisas üzrə müsabiqədən asılı olaraq dəyişir. ADA Universitetinə subbakalavrların qəbul imtahanı vermədən, birbaşa qəbulu aparılmır. 


ADA Universitetinə DİM imtahanları ilə müraciət prosesi

ADA Universitetinə müraciət üçün Universitetin elektron ərizə formasını tamamlamalısınız. Elektron ərizənin aşağıdakı əlavələri var:

  • Fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Attestat/Məktəbdən arayış (əgər hələ sonuncu sinifdə şagirdsinizsə)
  • İngilis dili imtahanı nəticəsi (əgər varsa)
DİM imtahanları vasitəsilə müraciət edən Azərbaycan vətəndaşlarına ADA Universitetinə qəbul olunarkən Akademik və Peşəkar Məqsədlər üçün İngilis dili Proqramından (EAPP) azad olmaq üçün ingilis dili biliyi imtahanlarının nəticələrindən birini (IELTS 6.0/ TOEFL 75/ PTE 50/ Duolingo 105) təqdim etmələri tövsiyə olunur.

SAT ilə qəbul prosesi

SAT imtahanının nəticəsi ilə müraciət etmək üçün 25 iyun 2024-cü il tarixinədək ADA Universiteti və Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət prosesini tamamlamalısınız.

SAT nəticəsi ilə Hüquq fakültəsinə qəbul aparılmır.

SAT imtahanı ilə müraciət üçün minimal tələblər

  • SAT imtahanında minimum 1200 bal.
  • Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat, Elektrik və Elektronika Mühəndisliyi, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və Maliyyə proqramları üçün ümumi SAT balından minimum 600 bal riyaziyyat nəticəsi
  • İngilis dili sertifikatı. Minimum IELTS Academic 6.0 və ya IBT 75 və ya PTE 50* və ya Duolingo 105 bal.
  • DİM tərəfindən keçirilən Azərbaycan dili imtahanında minimum 50 bal tələb olunur. Burada Azərbaycan bölməsində oxuyanlar üçün buraxılış imtahanlarındakı Azərbaycan dili, digər bölmələrdə oxuyanlar üçün isə dövlət dili kimi Azərbaycan dili imtahanı nəzərdə tutulur.

ADA Universitetinə SAT imtahanı ilə müraciət prosesi

SAT imtahanının nəticəsi ilə müraciət edirsinizsə, 25 iyun 2024-cü il tarixinədək müraciət prosesini tamamlamalısınız.

  1. ADA Universitetinin Elektron Ərizə Formasını tamamlayın.
  2. SAT nəticəsini College Board vasitəsilə elektron şəkildə ADA-ya göndərin (Kod: 7799);
  3. İngilis dili nəticəsi Duolingo, PTE və ya IBT olduğu halda balları rəsmi şəkildə ADA-ya göndərin. 

Dövlət İmtahan Mərkəzinə SAT imtahanı ilə müraciət prosesi

SAT nəticəsi ilə müraciət edən tələbələrin də DİM müraciət prosesini tamamlaması tələb olunur.

  1. DİM elektron ərizə formasını təqdim edin (tarixlər DİM tərəfindən elan edilir);
  2. SAT nəticəsini College Board vasitəsilə elektron şəkildə DİM-ə göndərin (Kod: 7876);
  3. SAT və İngilis dili nəticəsini DİM rəsmi veb-səhifəsində təqdim edin (ətraflı məlumat DİM tərəfindən elan olunacaq).

PTE and IBT nəticələri yalnız rəsmi qeydiyyatda olan test mərkəzində verildiyi və sertifikatların birbaşa Pearson və ets.org tərəfindən ADA Universitetinə göndərildiyi halda qəbul edilir.

Dövlət İmtahan Mərkəzinə müraciət prosesi ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəsmi veb-səhifəsindəki yenilikləri izləyin.

IB, A level, AP test nəticəsi ilə qəbul

IB, A level, AP test nəticələri ilə müraciət üçün Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən minimal tələblər:

  • IB Diplom Proqramı balı: Bütün ixtisaslar üçün 25, (Hüquqşünaslıq üçün 30)
  • A level qiyməti: Bütün ixtisaslar üçün C
  • AP fənn qiyməti: Bütün ixtisaslar üçün

İxtisas qrupları üzrə A level/AP fənn tələbləri aşağıda göstərilib:

I Qrup

- Riyaziyyat/Kimya altqrupu üçün: Riyaziyyat, Fizika, Kimya

- Riyaziyyat/İnformatika altqrupu üçün: Riyaziyyat, Fizika, İnformatika

II Qrup

- Riyaziyyat, Coğrafiya, Tarix

III Qrup

- Tarix/Coğrafiya altqrupu üçün: İngilis dili, Tarix, Coğrafiya

- Dil/Tarix altqrupu üçün: İngilis dili, Tarix, Ədəbiyyat

Qəbul prosesi

IB, A level, AP nəticələri ilə müraciət edənlər həm ADA Universitetinin, həm də Dövlət İmtahan Mərkəzinin müraciət prosesini tamamlamalıdırlar. 

Son müraciət tarixləri Dövlət imtahan Mərkəzi tərəfindən müəyyənləşir.

ADA Universitetinə müraciət prosesi

  • ADA Universitetinin elektron ərizə froması
  • IB/A Level/AP nəticələrinin rəsmi test mərkəzlərindən elektron şəkildə ADA Universitetinə göndərilməsi
DİM müraciət prosesi (son müraciət tarixləri DİM tərəfindən müəyyənləşir)
  • DİM elektron ərizə forması
  • IB/A level/AP nəticələrinin rəsmi test mərkəzlərindən DİM-ə göndərilməsi
  • Rəsmi test nəticələrinin DİM elektron portalına yüklənməsi
  • Azərbaycan vətəndaşları üçün DİM-in keçirdiyi Azərbaycan dili imtahanından məqbul bal (min. 50%)

Qeyd: IB/A level/AP ərizəçilərindən IELTS/TOEFL/Duolingo/PTE kimi dil biliyi testi nəticələrini təqdim etmələri tələb olunmur.

ADA Məktəbindən qəbul

ADA Məktəbinin məzunları ADA Universitetinin bakalavr proqramlarına müraciət etmək üçün aşağıda sadalanan meyarlara cavab verməlidirlər.

1. 10 və 11-ci sinifin ümumi orta balı (CGPA) ən azı 2.00 olmalıdır

2. 11-ci sinif üzrə tələbələr ADA Universitetində ixtisas seçimindən asılı olaraq aşağıdakı fənlərdən illik minimum C- qiyməti almalıdırlar:

• Biznes fakültəsi: Riyaziyyat

• İT və Mühəndislik fakültəsi: Riyaziyyat və İnformatika (Riyazi Düşüncə)

3. Şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dili fənnindən (dövlət dili kimi) imtahan verməklə minimum 50% bal toplamalıdırlar. Bu imtahanın tarixləri və keçid balı DİM tərəfindən müəyyən edilir.

Bütün uyğun namizədlər əvvəlcə ortalama qiymət, sonra isə yuxarıda sadalanan müvafiq fənlər üzrə illik ortalama qiymətləri əsasında seçilirlər. Namizədlər ixtisas seçimində üstünlükləri və ADA Məktəbi məzunları üçün nəzərdə tutulan yerlərin sayı əsasında qəbul edilir.

Respublika və Beynəlxalq Olimpiada qalibləri üçün qəbul prosesi

Beynəlxalq olimpiada qalibləri:

Seçilmiş Respublika və Beynəlxalq Olimpiada qalibləri (I, II və III yerlər) ADA Universitetinə müsabiqədənkənar qəbul olunurlar.

Bütün abituriyentlərdən həm ADA Universitetinin elektron ərizə formasını, həm də Dövlət İmtahan Mərkəzinin ərizə formasını təqdim etmələri tələb olunur.

Seçilmiş beynəlxalq olimpiadaların siyahısı:

Beynəlxalq Riyaziyyat Olimpiadası
Balkan Riyaziyyat Olimpiadası
Qızların Avropa Riyaziyyat Olimpiadası
Beynəlxalq Fizika Olimpiadası
Avropa Fizika Olimpiadası
Asiya Fizika Olimpiadası
Beynəlxalq İnformatika Olimpiadası

Beynəlxalq olimpiadaların qalibləri istədikləri proqrama müraciət edə bilərlər. Onlar bütün təhsil müddəti ərzində təhsil (illik 750 AZN tələbə haqqı ixtisna olmaqla) ödənişindən azaddırlar. Tələbələrdən təhsil haqqına olan güzəşti itirməmək üçün hər semestr min. 3.0 ortalama qiymət (GPA) tələb olunur.

Respublika fənn olimpiadaları (RFO):

Respublika fənn olimpiadalarının seçilmiş qalibləri aşağıdakı proqramlara müraciət edə bilərlər:

Riyaziyyat

Riyaziyyat
Kompüter elmləri
İnformasiya texnologiyaları
Kompüter mühəndisliyi

İnformatika

Kompüter elmləri
İnformasiya texnologiyaları
Kompüter mühəndisliyi

Fizika

Elektrik və Elektronika Mühəndisliyi

Onlar bütün təhsil müddəti ərzində həm təhsil, həm də tələbə ödənişlərindən azaddırlar. Tələbələrdən təhsil haqqına olan güzəşti itirməmək üçün hər semestr min. 3.0 ortalama qiymət (GPA) tələb olunur.

Digər təhsil haqqına güzəştlər:

11-ci sinifdə RFO-nun (fənlərindən asılı olmayaraq) 1-ci yer qalibləri (qızıl medalçılar) təhsillərinin birinci ili üçün təhsil haqqından (illik 750 AZN tələbə ödənişi istisna olmaqla) azaddırlar.

11-ci sinifdə RFO-nun Riyaziyyat fənni üzrə 1-ci yer qalibləri (qızıl medalçılar) İqtisadiyyata qəbul olunduqları zaman bütün təhsil müddətində təhsil haqqından (illik 750 AZN tələbə ödənişi istisna olmaqla) azaddırlar. Tələbələrdən təhsil haqqına olan güzəşti itirməmək üçün hər semestr min. 3.0 ortalama qiymət (GPA) tələb olunur.

Transfer Şərtləri

Digər universitetlərdə təhsil alan və bakalavr pilləsinin ən azı bir semestrını bitirmiş tələbələr ADA Universitetinə transfer etmək üçün müraciət edə bilərlər. Transfer namizədləri fərdi qaydada nəzərdən keçirilir və onların qəbul prosesi müsahibə başa çatdıqdan sonra 60 iş günü ərzində davam edir.

Aşağıdakı meyarlara cavab verən namizədlər transfer namizədi kimi ADA Universitetinə müraciət edə bilərlər:

· İngilis dilində tədris olunan bakalavr proqramında təhsil alan tələbələr. Tədris dilinin ingilis dili olmadığı bakalavr proqramlarında və ya ingilis dili hazırlıq proqramında təhsil alan tələbələr transfer kimi müraciət edə bilməzlər.

· ADA Universitetində tətbiq olunan proqrama bənzər bakalavr proqramında təhsil alan tələbələr.

· Namizəd Azərbaycandan kənar universitetdən müraciət edirsə, universitet Elm və Təhsil Nazirliyinin təqdim etdiyi reytinqlərdə olmalıdır. Daha ətraflı məlumat üçün, zəhmət olmasa, keçidə daxil olun.

· Müraciət zamanı namizəd birinci semestrı başa vurmalı və onun qiymətlərin əks olunduğu rəsmi transkripti olmalıdır. Müraciət zamanı rəsmi transkript təqdim edə bilməyən namizədlərin transfer üçün ərizələri nəzərə alınmır.

· Azərbaycan vətəndaşlarının Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavr pilləsinə qəbul imtahanı verdiyi ildə topladığı bal transfer olmaq üçün müraciət etdikləri proqramın minimum keçid balı ilə eyni və ya yuxarı olmalıdır. DIM qəbul imtahanlarında iştirak etməyən namizədlər də müraciət edə bilərlər.

· ADA Universiteti DİM balı 600 və yuxarı olan namizədlərə üstünlük verir (uyğun olduqda).

Transfer müraciət prosesi

Transfer namizədlərindən aşağıdakı müraciət prosesini tamamlamaları tələb olunur. Müraciətlər ardıcıl olaraq nəzərdən keçirilir.

  • ADA Universiteti Onlayn müraciət forması (transfer olmaq istəyən namizədlər üçün)
  • CV (2 səhifədən çox olmamalı)
  • Ən son şəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti (Azərbaycan vətəndaşları üçün) və ya pasportun surəti (xarici vətəndaşlar üçün)
  • Orta məktəb diplomu (attestat) və yekun orta məktəb transkripti
  • Hazırkı universitetdən rəsmi transkript
  • Motivasiya məktubu
  • Test nəticələri (ingilis dili, əgər varsa SAT)
  • Abituriyentin Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirakını və topladığı balı təsdiq edən rəsmi arayış (yalnız Azərbaycan vətəndaşları üçün tələb olunur)
  • Tamamlanmış ərizələr nəzərdən keçirilir və seçilmiş namizədlər müsahibəyə dəvət olunur.
Transfer üçün son müraciət tarixləri

- Payız semestrına transfer etmək üçün son tarix: 1 iyun

- Yaz semestrına transfer etmək üçün son tarix: 1 dekabr




Daha çox sualınız var? Bizimlə elektron poçt ünvanı və ya mobil nömrələrimiz vasitəsilə əlaqə saxlayın.


E-mail: bachelors@ada.edu.az

İT və Mühəndislik fakültəsi (I Qrup): (+994 12) 437 32 35 daxili 328

Biznes fakültəsi (II Qrup): (+994 12) 437 3235 daxili 130

İctimai və beynəlxalq münasibətlər fakültəsi və Hüquq fakültəsi (III Qrup): (+994 12) 437 3235 daxili. 291

Tələbə Qəbulu Şöbəsinin tədbirləri

ADA Universiteti Qəbul Şöbəsi gələcək tələbələr üçün məlumat sessiyaları, seminarlar, kampus turlar və mastr klasslar da daxil olmaqla müxtəlif tədbirlər keçirir.

Qəbul Şöbəsinin qarşıdan gələn tədbirlərinə nəzər yetirin və qeydiyyatdan keçin.