School of Education
ADA Universitetinin akademik kimliyində tədrisin mərkəzi rolunu əsas götürərək, Təhsil Məktəbi 2015-ci ildə əvvəlki Humanitar və Təbiət Elmləri Məktəbinin əsasında yaradılıb. Məktəbin yaranması ölkədə müasir tədrisçilərə olan yüksək tələbatdan irəli gəlirdi. Hansı ki, bu tədrisçilər isə öz növbəsində “savadlı və müasir vətəndaş” yetişdirməyə xidmət etməyi hədəfləyirlər. Məktəb innovativ və dinamik təhsil proqramları ilə yanaşı, yerli dövlət məktəbləri ilə əməkdaşlıq çərçivəsində praktik araşdırmalar həyata keçirir. Hazırda fəaliyyət əsasən magistratura pilləsinə yönəlib. Bununla yanaşı, bakalavr səviyyəsində Ümumi Təhsil fənləri və həmçinin Akademik və Peşəkar Məqsədlər üçün İngilis dili proqramı da fakültənin fəaliyyətinə daxildir. Təhsil Fakültəsi bütün yaş qruplarından olan tələbələrin təhsil ehtiyaclarını qarşılamağı qarşısına məqsəd qoyub və ölkənin təhsil sektorunda qanunverici və siyasi qurumlarla sıx əməkdaşlıq edir.