Təlim və tədrisin təşkili və metodikası
Təlim və tədrisin təşkili və metodikası ixtisası sinifdə öyrənmə prosesini təkmilləşdirmək üçün müəllimlərə lazım olan bilik və bacarıqları öyrədir. Məzunlar müasir tədris texnologiyaları tətbiq edən, sinfi düzgün idarə etməyi bacaran, sinif otağında tələbələrlə birgə öyrənməyi hədəfə alan müəllimlər kimi yetişirlər.
Azərbaycan dilində tədris olunan bu magistr ixtisası 2 illik qiyabi proqramdır. Tədris payız semestrində 3 dəfə Qazaxda, yaz semestrində 2 dəfə Qazaxda və 1 dəfə Bakıda olmaqla ənənəvi formada, qalan vaxtlar isə onlayn aparılır. Tədris müddətində ixtisas fənləri ilə yanaşı, akademik məqsədlər üçün ingilis dili dərsləri də keçirilir.