Education Management (in Azerbaijani)
Təhsil üzrə menecment
Təhsil üzrə menecment ixtisası təhsilin müxtəlif pillələri və sahələri üzrə idarəçilər yetişdirir. Tədris bir semester ərzində 3 həftə Qazaxda bir həftə Bakıda olmaqla ənənəvi formada, qalan vaxtlar isə onlayn aparılır.
Proqramda tədris real beynəlxalq nümunələrə əsaslanaraq təhsilin idarə edilməsi üçün zəruri olan hüquqi, iqtisadi, maliyyə və idarəçilik üzrə mövzuları əhatə edir. Proqramın əsas üstünlüklərindən biri də ixtisas təhsili ilə yanaşı, akademik məqsədlər üçün ingilis dilinin tədrisidir.
Qəbul şərtləri
Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə bilərlər.
Müraciət prosesi:
Elektron ərizəyə əlavələr:
- Namizədin bu proqrama müraciət səbəblərini və gələcək karyera planlarını ifadə edən 300-500 sözlük inşa
- Bakalavr diplomu və diploma əlavə (ingilis dilinə tərcümə və notarial qaydada təsdiq ilə birlikdə)
- Şəxsiyyət vəsiqəsi
- CV
- 3x4 sm ölçüdə fotoşəkil
Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq.
Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel
İkinci mərhələ boş qalan yerlərə sənəd qəbulu üçün son tarix: 1 iyun