Azərbaycanda dünya səviyyəli universitetə çevrilmək
Yarandığı gündən ilk 10 il ərzində ADA Universiteti dünya səviyyəli kampusun qurulması üçün Azərbaycan Hökümətindən əhəmiyyətli kapital dəstəyi əldə etmişdir. Bu dəstək həmçinin ADA-nın davamlı keyfiyyət vədini təmin etmişdir. Universitetin məqsədi nəticədə özü maliyyələşən vəziyyətə gəlmək idi. Biz institutumuzun gələcəyinə ADA Universitetinin vəqfi hesab olunan ADA Universiteti Fondu vasitəsilə sərmayə qoyuruq. 2015-ci ildə biz dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan “McKinsey and Co” ilə əməkdaşlıq edərək universitetimizin Azərbaycanda dünya səviyyəli universitetə çevrilməsi vizyonuna aparan yol xəritəsini işləyib hazırladıq. Bu səyin nəticəsi missiyamızı və vizyonumuzu daha yaxşı yerinə yetirmək üçün doqquz strateji hədəfi irəli sürən “ADA 2025: 10 illik strateji plan” oldu.