Bu təqaüdlər ADA Universitetinə qeydiyyatdan əvvəl yüksək akademik performanslarına görə bakalavr dərəcəsinə qəbul olmuş abituriyentlərə verilir.
Rektorun Fəxri Siyahısı
DİM imtahanında 690-700 bal toplamış abituriyentlər, Beynəlxalq İnformatika və Riyaziyyat Olimpiadalarının qalibləri minimum 3.0 ÜOMG (CGPA) saxladıqları və Akademik Məqsədlər üçün İngilis Dili Proqramını uğurla bitirdikləri təqdirdə təhsil müddətində 100% təhsil haqqından azad olunacaqlar. Bu tələblərə cavab verə bilməyən tələbələr növbəti semestrdə təqaüdün davam etdirilməsi üçün nəzərdən keçirilə bilərlər. Tələbələr bu təqaüddən istifadə edərək Akademik Məqsədlər üçün İngilis Dili Proqramına qoşulduğu halda maksimum 5 il, birbaşa ixtisasa başladıqları halda isə 4 il təhsil ala bilərlər.
Riyaziyyat və İqtisadiyyat ixtisaslarına qəbul olan DİM imtahanında 650-700 bal toplamış bakalavrlar və ya Beynəlxalq İnformatika və Riyaziyyat Olimpiadalarının qalibləri minimum 3.0 ÜOMG saxladıqları və Akademik Məqsədlər üçün İngilis Dili Proqramını uğurla bitirdikləri təqdirdə təhsil müddətində 100% təhsil haqqından azad olunacaqlar. Bu tələblərə cavab verə bilməyən tələbələr növbəti semestrdə təqaüdün davam etdirilməsi üçün nəzərdən keçirilə bilərlər. Tələbələr bu təqaüddən istifadə edərək Akademik Məqsədlər üçün İngilis Dili Proqramına qoşulduğu halda maksimum 5 il, birbaşa ixtisasa başladıqları halda isə 4 il təhsil ala bilərlər.
DİM imtahanında 650 və daha çox bal toplamış abituriyentlər, həmçinin 11-ci sinifdə Respublika Fənn Olimpiadalarında 1-ci yerin sahibləri təhsil müddətlərinin birinci ilində təhsil haqqından 100 % azad olunacaqlar.
SAT imtahanından minimum 1500 bal toplayaraq Riyaziyyat və İqtisadiyyat ixtisaslarına qəbul olan abituriyentlər təhsil müddətlərinin birinci ilində təhsil haqqından 100 % azad olunacaqlar.
ADA Məktəbinin 11-ci sinfini 4 ÜOMG ilə bitirən şagirdlər Riyaziyyat və İqtisadiyyat ixtisaslarına qəbul olarkən təhsil müddətlərinin birinci semestri üçün təhsil haqqlarından 100 % azad olunacaqlar.
Dekanın Fərqlənmə Siyahısı
DİM imtahanında 600-650 bal və ya SAT imtahanından minimum 1500 bal toplamış abituriyentlər təhsillərinin birinci ili üçün 50 % güzəşt qazanacaqlar.
Riyaziyyat və İqtisadiyyat ixtisaslarına qəbul olan ən yüksək nəticə ilə sinfinin 10%-ində (11-ci sinifin sonunda ÜOMG əsasında qiymətləndirilir) olan ADA Məktəbinin məzunları ilk semester üçün təhsil haqqından 50 % güzəşt əldə edirlər. Birdən çox tələbənin ÜOMG eyni olduğu hallarda seçim onların son semester göstəricisinə uyğun olaraq aparılır.
Riyaziyyat və İqtisadiyyat ixtisaslarına qəbul olan ən yüksək nəticə ilə sinfinin növbəti 10%-ində (11-ci sinifin sonunda ÜOMG əsasında qiymətləndirilir) olan ADA Məktəbinin məzunları ilk semester üçün təhsil haqqından 50 % güzəşt əldə edirlər. Birdən çox tələbənin ÜOMG eyni olduğu hallarda seçim onların son semester göstəricisinə uyğun olaraq aparılır.
For detailed information click the link (Merit Based Scholarship for Graduate Students) - please refer to second part of the document