Mübadilə Proqramında İştirak Edin
Mübadilə proqramında i.tirak etmək sizə fərqli və çoxşaxəli mühitdə inkişaf etmək imkanı yaradır. ADA Universitetinin tələbəsi olaraq, bizim Beynəlxalq Mübadilə Proqramlarımızdan faydalana bilərsiniz. Bu proqram sizə tərəfdaş universitetlərdən birində bir ilə qədər təhsil almaq, eyni zamanda ADA diplomunuz üçün kreditlər qazanmaq imkanı verir.
Beynəlxalq Mübadilə Proqramı həm təhsili, həm də səyahəti birləşdirərək tələbələrə öz dünyagörüşlərini genişləndirmək, müxtəlif mədəniyyətləri yaxından tanımaq, hətta praktiki olaraq başqa bir ölkədə yaşamaqla yeni dil öyrənmək imkanı təqdim edir. Bu, çox dəyərli bir təcrübədir və beləliklə ADA-da tələbəlik həyatınızın ən yaddaqalan səhifələrindən birinə çevrilə bilər.
Əlaqə üçün: exchange@ada.edu.az
Ətraflı məlumat üçün “Beynəlxalq Tələbələr üçün Təlimat” kitabçasını oxuya və ya yükləyə bilərsiniz.