Biznes Fakültəsi

Biznes Fakültəsi

ADA Universitetinin Biznes Məktəbi 2011-ci ildə təsis olunub. Tədris proqramımız həm biliklərin dərinliyini və genişliyini, həm də təcrübəyə əsaslanan öyrənməni əhatə edir və daim dəyişən əmək bazarında uğur qazanmaq üçün tələb olunan bacarıqları aşılayır. Məqsədimiz dünya səviyyəli biznes məktəbi olmaqdır. Biz məzunlarımızı biznesin idarə olunması və siyasətin formalaşdırılması ilə bağlı ənənəvi düşüncə sərhədlərini aşmağa və təsir göstərməyə hazır şəkildə yetişdiririk. Onlar innovativ ruhlu, sahibkarlığa açıq, yüksək etik dəyərlərə, şərəf və dürüstlüyə malik fərdlərdir.

ADA Universitetinin Biznes Məktəbi 2019-cu ilin noyabrından ACBSP-nin (Accreditation Council for Business Schools and Programs) üzvüdür. 2020-ci ilin martında “namizədlik” statusunu əldə etmişik ki, bu da MBA və BBA proqramlarımızın akkreditasiya prosesinin rəsmi olaraq başladığını göstərir. 2024-cü ildə isə ADA Universitetinin Biznes Məktəbinin BBA və MBA proqramları ACBSP tərəfindən uğurla akkreditasiya olunub.

ACBSP akkreditasiyası liderlik, strateji planlaşdırma, maraqlı tərəflərlə münasibətlər, akademik proqramların keyfiyyəti, müəllim heyətinin ixtisası və təhsil dəstəyini qiymətləndirərək, biznes proqramlarımızın ciddi akademik təcrübə təqdim edib-etmədiyini və davamlı keyfiyyət artımını təmin edib-etmədiyini müəyyənləşdirir.

Bu prosesin əsas məqsədi tədris proqramlarımızın keyfiyyətinin xarici standartlarla müqayisə edilməsi və xarici bir qurum tərəfindən təsdiq edilməsidir. Bu, həm xidmətimizin tələbələrin ehtiyaclarını qarşıladığını, həm də bazarın gözlədiyi keyfiyyətlərə uyğunluğunu sübut edir. Akkreditasiya həm də proqramlarımızın xarici auditoriyalar qarşısında mövqeyini gücləndirir və nüfuzlu biznes məktəbləri şəbəkəsinə qoşulmağa imkan verir. Bundan əlavə, akkreditasiya prosesi çərçivəsində toplanan məlumatlar proqramlarımızın məzmun və tədris keyfiyyətinin davamlı yaxşılaşdırılmasına dəstək olur.

Tələbə nailiyyətlərinin ACBSP standartlarına uyğun ictimai açıqlaması ilə tanış ola bilərsiniz.

ADA Universitetinin Biznes Məktəbi yüksək ixtisaslı, sosial məsuliyyətli və etik dəyərlərə sadiq vətəndaşlar yetişdirməyi qarşısına məqsəd qoyur. Məqsədimiz regionun aparıcı biznes məktəbi olmaq, tələbələrimizə keyfiyyətli və innovativ öyrənmə təcrübəsi təqdim etməkdir.


87
%
BAKALAVR
13
%
MAGİSTRATURA
41
MÜXTƏLİF ÖLKƏLƏRDƏN OLAN TƏLƏBƏLƏR
1534
MƏZUNLAR
51
%
KİŞİ
49
%
QADIN

At ADA School of Business, our goal is to equip students with the knowledge and skills required to succeed professionally anywhere in the world.

Huseyn Ismayilov
Dean