IB, A level, AP test nəticələri ilə müraciət üçün Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən minimal tələblər:
- IB Diplom Proqramı balı: Bütün ixtisaslar üçün 25, (Hüquqşünaslıq üçün 30)
- A level qiyməti: Bütün ixtisaslar üçün C
- AP fənn qiyməti: Bütün ixtisaslar üçün
İxtisas qrupları üzrə A level/AP fənn tələbləri aşağıda göstərilib:
I Qrup
- Riyaziyyat/Kimya altqrupu üçün: Riyaziyyat, Fizika, Kimya
- Riyaziyyat/İnformatika altqrupu üçün: Riyaziyyat, Fizika, İnformatika
II Qrup
- Riyaziyyat, Coğrafiya, Tarix
III Qrup
- Tarix/Coğrafiya altqrupu üçün: İngilis dili, Tarix, Coğrafiya
- Dil/Tarix altqrupu üçün: İngilis dili, Tarix, Ədəbiyyat
Qəbul prosesi
IB, A level, AP nəticələri ilə müraciət edənlər həm ADA Universitetinin, həm də Dövlət İmtahan Mərkəzinin müraciət prosesini tamamlamalıdırlar.
Son müraciət tarixləri Dövlət imtahan Mərkəzi tərəfindən müəyyənləşir.
ADA Universitetinə müraciət prosesi
- ADA Universitetinin elektron ərizə froması
- IB/A Level/AP nəticələrinin rəsmi test mərkəzlərindən elektron şəkildə ADA Universitetinə göndərilməsi
DİM müraciət prosesi (son müraciət tarixləri DİM tərəfindən müəyyənləşir)
- DİM elektron ərizə forması
- IB/A level/AP nəticələrinin rəsmi test mərkəzlərindən DİM-ə göndərilməsi
- Rəsmi test nəticələrinin DİM elektron portalına yüklənməsi
- Azərbaycan vətəndaşları üçün DİM-in keçirdiyi Azərbaycan dili imtahanından məqbul bal (min. 50%)
Qeyd: IB/A level/AP ərizəçilərindən IELTS/TOEFL/Duolingo/PTE kimi dil biliyi testi nəticələrini təqdim etmələri tələb olunmur.