ompüter Elmləri üzrə Bakalavr dərəcəsi
Kompüter Elmləri üzrə Elm Bakalavri (BSCS) dörd illik proqramdır və kompüter elmlərinin konseptual əsasları, həmçinin mürəkkəb proqram və aparat sistemləri üzrə bilik və bacarıqlar qazandırır. Sənaye ilə sıx inteqrasiya olunmuş ciddi və praktik təlim vasitəsilə biz mürəkkəb problemləri həll edə bilən mütəxəssislər yetişdiririk. Proqramlaşdırma dilləri, mürəkkəb alqoritmlər və əməliyyat sistemləri üzrə bacarıqlara sahib olan məzunlarımız yüksək dəyərli işçi qüvvəsi kimi real həyat problemlərinə innovativ həllər təqdim etməyə hazır olurlar. Eyni zamanda, onlar akademik maraqlarını davam etdirərək ixtisaslaşmaq istədikləri sahələrdə təhsilini dərinləşdirə bilərlər. Komanda işi, inkişaf etdirilmiş kommunikasiya bacarıqları, sosial məsuliyyət və etik prinsiplər bu proqramın mərkəzində durur.
Kompüter Elmləri ixtisası ilə yanaşı, tələbələr öz seçmə fənlərini və əlavə kurs yüklərini diqqətlə seçərək ADA Universitetində təklif olunan digər bakalavr sahələrində ikinci karyera trayektoriyası yarada bilərlər. İkinci karyera trayektoriyası tələbələrin işəqəbul şanslarını artırır və onların öyrənmə nəticələrini diversifikasiya etməyə imkan verir.
Qəbul prosesi haqqında daha çox məlumat əldə etmək istəyirsiniz?
Əlaqə: (+99450) 274 95 51
Faydalı linklər:
Qəbul tədbirləri
Müraciət prosesi
Broşura keçid edin