Karyera Xidmətləri

ADA Universitetində 2009-cu ildən Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə ilk magistr proqramının başlaması ilə, Karyera Xidməti də öz fəaliyyətinə ba.lamışdır. O vaxtdan bəri bu xidmət 2000-dən çox bakalavr və magistr tələbəsinə dəstək verən tam funksional Karyera Xidməti Bölməsinə çevrilib. Hal-hazırda, xüsusi hazırlanmış Karyera Məsləhətçiləri komandası vasitəsilə, xidmət 5 əsas fakültənin tələbələrinə təqdim olunur: Beynəlxalq və İctimai Əlaqələr, Hüquq, Biznes İdarəçiliyi, Təhsil İdarəçiliyi və İT & Mühəndislik. Bizim məqsədimiz yalnız məzun olduqdan sonra iş tapmaq deyil — biz gənc istedadlarını və gələcəyin liderlərini iş dünyasında uğur qazana bilmələri üçün hazırlayırıq.

Karyera İdarəetmə Mərkəzinin təqdim etdiyi xidmətlər
  • Tələbələrə karyera məsləhəti və mentorluq təmin edir

  • Karyera İnkişafı Bacarıqları və Strategiyaları dərsləri keçir

  • Tələbələri karyera məqsədlərini müəyyənləşdirməyə və inkişaf etdirməyə təşviq edir və istiqamət verir

  • Tələbələrə peşəkar inkişaf planı hazırlamaqda kömək edir

  • Sınaq müsahibələr vasitəsilə müsahibə bacarıqlarını inkişaf etdirməyə dəstək olur

Karyera İdarəetmə Mərkəzinin təqdim etdiyi xidmətlər
  • Brendinq və şəbəkələşmə bacarıqlarını inkişaf etdirir

  • Tələbələrə CV və motivasiya məktubu hazırlamaqda, iş müraciətlərini tamamlamada və müsahibələrə hazırlaşmada dəstək olur

  • Təlim və inkişaf imkanları təqdim edir

  • Karyera ilə bağlı müxtəlif mövzularda seminarlar və workshoplar keçir

  • Biznes və sənaye tərəfdaşlıqlarını qurur və gücləndirir

Karyera İdarəetmə Mərkəzinin təqdim etdiyi xidmətlər
  • Tələbələr üçün iş və təcrübə imkanları yaradır

  • Tələbələri uyğun təcrübə proqramları ilə əlaqələndirir

  • İllik Karyera Sərgisini planlayır və həyata keçirir

  • Employability Week tədbirini təşkil edir

  • Senior Talks proqramı çərçivəsində CEO-ları və sənaye liderlərini tələbələrlə görüşdürür

  • İşəgötürənlərin təqdimatlarını təşkil edir

Tələbələr

ADA Universitetində Karyera İdarəetmə Mərkəzini kampusda tez-tez ziyarət etməyinizi tövsiyə edirik. Buradakı bütün resurslardan faydalanaraq gələcək peşəkar həyatınızı planlaya və vizuallaşdıra bilərsiniz. Karyera İdarəetmə Mərkəzinin əsas məqsədi tələbələrə və məzunlara karyera və iş axtarışı ilə bağlı dəstək göstərməkdir. Burada karyera idarəetmə prosesində sizə lazım olan alətlər və tövsiyələr təqdim olunur, beləliklə, siz peşəkar həyatınıza əminliklə addım ata bilirsiniz.

Hər fakültədə Karyera İdarəetmə Mərkəzi məsləhətçisi fəaliyyət göstərir və tələbələrin fərdi ehtiyaclarına dəstək verir. Məsləhətçilər işəgötürənlərlə sıx əməkdaşlıq edərək tələbələr üçün təcrübə və iş imkanlarını təmin edirlər.

Karyera İdarəetmə Mərkəzinin təqdim etdiyi bəzi xidmətlər:

  • CV və motivasiya məktubu yazmaq və qiymətləndirmək

  • Karyera məsləhəti və mentorluq

  • Brendinq və şəbəkələşmə bacarıqlarının inkişafı

  • Sınaq müsahibələr

  • Karyera Sərgisi və Sənaye Paneli

Karyera İdarəetmə Mərkəzi, peşəkar həyatınızda nə etmək istədiyinizi anlamaq və buna nail olmaq üçün doğru yerdir.


İşəgötürənlər

ADA Universiteti ölkədə Universitet-Sənaye əməkdaşlığına yol açan universitetlərdən biridir. Biz işəgötürənlərlə uzunmüddətli əlaqələr qurur, şirkətlərin, universitetin və ölkənin rəqabət qabiliyyətini gücləndiririk. Birlikdə insan kapitalını inkişaf etdirərək gələcəyə yatırım edirik, böyümə yaradır və davamlı tərəqqi təmin edirik. Sizin şirkətiniz həmçinin ADA Universiteti tələbələri ilə bu yollarla əməkdaşlıq edə bilər:

İnkişaf et

ADA Universiteti tələbələrinə təcrübə imkanları yaratmaq həm tələbələr üçün dəyərli öyrənmə təcrübəsi, həm də sizin təşkilatınız üçün gələcəyin işçilərini yetişdirmək imkanıdır. Tələbələr birbaşa şirkətlərin iş prinsiplərini öyrənərək, maraqlandıqları sahədə perspektiv qazanırlar, CV-lərini gücləndirir və bazara daxil olduqda “təcrübəsiz” səviyyədən çıxırlar. Bunun sizin şirkətiniz üçün də faydaları böyükdür: Təcrübə proqramları vasitəsilə tamamlanmamış layihələrdə əlavə insan resursunu təmin etmək, çətin tapşırıqları yerinə yetirmək və yeni təşəbbüsləri həyata keçirmək mümkündür.

İşə Götür

Bizim tələbələr gələcəyin liderlərində axtardığınız keyfiyyətləri özündə cəmləyir: yüksək intellekt, həll yolu təqdim etmə bacarığı, səmərəli ünsiyyət qurma, sıx əməkdaşlıq və etik vətəndaşlıq. Onlar həmçinin məzmun bilikləri ilə yanaşı tənqidi düşüncə, kəmiyyət əsaslı təhlil, mürəkkəb problemlərin həlli, yaradıcılıq, müxtəliflik və komanda işi, inkişaf etmiş ünsiyyət, ingilis dilinə mükəmməl yiyələnmə, aktiv dinləmə və iştirak, etika və özünü dəyərləndirmə, eləcə də vətəndaş fəallığı kimi bacarıqlara sahibdirlər. Onlar sizin şirkətinizi növbəti mərhələyə daşıyacaq insan potensialıdır.

2023-2024 Tədris İli üzrə İşəgötürmə Hesabatı

"TOP 10" İşəgötürən Sektorlar
Hökümət
20.7%
Təhsil
19.9%
Bankçılıq və Maliyyə Xidmətləri
18.8%
Konsultasiya və Audit
10.2%
Telekommunikasiya
7.0%
Neft və Qaz Enerjisi
5.9%
İnformasiya Texnologiyaları
5.9%
Qeyri-Hökumət Təşkilatları
4.7%
Sığorta
3.5%
Hüquqi xidmətlər
3.5%
Məşğulluq səviyyəsi

90.1%

Məşğulluq səviyyəsi