Fəxri Dərəcə Alanlar

Fəxri Dərəcə Alanlar

ADA Universiteti aşağıda qeyd olunan xüsusiyyətləri ilə tələbələrimizi ruhlandıran,əməlləri ilə fərqlənən, bacarıqlı şəxslərə fəxri dərəcələr təqdim edir. Bu dərəcə aşağıdakılar nəzərə alınmaqla təqdim edilir:

  • sahəsi üzrə üstün nailiyyət əldə edən

  • dövlət xidmətinə olan dərin bağlılığını nümayiş etdirən

  • nümunəvi vətəndaş kimi xidmət edən

  • dürüstlük, ləyaqət, davamlı öyrənmə və zəhmətkeşliyin dəyərini əməli ilə təcəssüm etdirən

Fəxri dərəcələrə namizədlərin təqdimatları Rektorluq tərəfindən qəbul edilir və Universitet Senatı tərəfindən nəzərdən keçirilir. Namizədliyi müsbət qiymətləndirilən şəxslər andiçmə mərasimində fəxri dərəcə diplomu ilə təltif olunurlar.

ADA Universitetinin Rektoru diplom vermək üçün yeganə səlahiyyətli şəxsdir. Universitet heç vaxt qiyabi qaydada dərəcə vermir.

Universitetin İdarəetmə heyətinin üzvləri, professor-müəllim heyəti və işçiləri təqaüdə çıxdıqdan sonrakı bir il ərzində fəxri dərəcə almaq hüququna malik deyillər.

2006-cı ildən ADA Universiteti bir neçə fəxri dərəcələr təltif etmişdir. Universitet Senatının məsləhəti və ona həvalə edilmiş səlahiyyət əsasında Rektor aşağıdakı təltif olunan şəxslərə “Fəxri doktor” dərəcələri verib:

2020

Tomas Qolts

Məşhur amerikalı analitik
Azərbaycan və Xəzər regionu ilə bağlı tədqiqatlarına və görkəmli nəşrlərinə, eləcə də Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə göstərdiyi mühim töhfələrinə görə Fəxri Doktor
2019

Cefri Saks

Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin (Nyu-York) direktoru
İctimai siyasət və iqtisadiyyat sahələrində töhfələrinə görə Fəxri Doktor
2018

Emoməli Rəhman

Tacikistan Respublikasının prezidenti
Fəxri Doktor
2017

Əmr Musa

Ərəb liqasının baş katibi
Dünyada sülhün və sabitliyin inkişafına verdiyi töhfələrə görə Fəxri Doktor
2015

Abdullah Gül

Türkiyə Respublikasının sabiq prezidenti
Elm və təhsilin inkişafında, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin təşviqinə göstərdiyi xidmətlərinə görə Fəxri Doktor
2014

Frederik Star

Chairman, Central Asia-Caucasus Institute and Silk Road Studies Program, Johns Hopkins University
Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının sədri Elmin və təhsilin inkişafında, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının xalqları arasında ikitərəfli əlaqələrin təşviqindəki nailiyyətlərə görə humanitar elmlər üzrə Fəxri Doktor
2014

Anatoliy Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru
Elmin və təhsilin inkişafında, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin təşviqindəki xidmətlərinə görə Fəxri Doktor