Beynəlxalq Tədqiqatlar üzrə İncəsənət Bakalavrı
Beynəlxalq Tədqiqatlar üzrə İncəsənət Bakalavrı (BAIS) dördillik çoxşaxəli proqramdır. Bu proqram tələbələrə cəmiyyətdə, hökumətdə və biznesdə baş verən dəyişikliklərə uyğunlaşmaq üçün müxtəlif bilik və bacarıqlar qazandırır. Proqramın tədris planı tələbələrə dünya mədəniyyətlərini anlamağı və dəyərləndirməyi, qlobal əhəmiyyət daşıyan mövzulara fokuslanmağı və beynəlxalq məsələləri araşdırmaq üçün istifadə olunan müxtəlif elmi yanaşmalara yiyələnməyi öyrədir.
BAIS proqramı məzunlarına geniş peşə imkanları yaradır. Burada əldə edilən biliklər, iqtisadi baza və ünsiyyət bacarıqları məzunların hökumət, diplomatiya, bankçılıq, beynəlxalq şirkətlər və təhsil sahəsində uğurlu karyera qurmasına şərait yaradır.
Təhsilin son mərhələsində tələbələr biliklərini real həyati vəziyyətlərdə tətbiq edərək "Capstone" adlı yekun layihə üzərində işləyirlər.
Capstone layihəsi ilə bağlı ətraflı məlumat bu keçiddə verilmişdir: Capstone Project Guidelines
Faydalı linklər: