Kommunikasiya və Rəqəqmsal Media Bakalavrı
Kommunikasiya və Rəqəmsal Media üzrə İncəsənət Bakalavrı (BACDM) tələbələri kommunikasiya və media ilə bağlı peşə karyerasına və ya daha yüksək səviyyədə təhsilini davam etdirməyə hazırlaşdırır. Tədris planı tələbələrə kommunikasiya və rəqəmsal media nəzəriyyəsi və bacarıqları üzrə möhkəm təməl yaradır, eyni zamanda onlara yuxarı səviyyədə keçirilən seçmə fənlər vasitəsilə ixtisaslaşma imkanı yaradır.
BACDM proqramını bitirən tələbələr yüksək səviyyədə nəzəri və praktiki kommunikasiya bacarıqlarına sahib olacaqlar. Onlar bacarıqlı yazıçılar, natiqlər, məzmun istehsalçıları və təqdimatçılar olacaq, həmçinin müxtəlif məqsəd və auditoriyalar üçün məlumatı idarə edə biləcəklər.
Proqram məzunları üçün mümkün gələcək peşələr:
Marketinq üzrə mütəxəssislər
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislər
Yaradıcılıq, peşəkar, texniki və akademik yazıçı və redaktorlar
Rəqəmsal məzmun yaradıcıları
Qrant və təklif yazılışı üzrə mütəxəssislər
Danışıqlar aparanlar və vasitəçilər
İctimai diplomatiya üzrə mütəxəssislər
Korporativ nümayəndələr
Tədqiqat analitikləri, məlumat təhlilçiləri
Proqramın müddəti: 4 il
Proqramın kreditləri: 240 ECTS
Sualınız var? Bizimlə əlaqə saxlayın: bachelors@ada.edu.az və ya +994 50 274 95 52
Faydalı keçidlər:
Qəbul tədbirləri
Müraciət prosesi
Broşura ilə tanış olun