ADA
ADA Universiteti

ADA Universiteti

ADA Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2014-cü il tarixli fərmanı ilə təsis edilib. Universitet ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsidir.

Universitet Azərbaycan Diplomatik Akademiyası (ADA) və İnformasiya Texnologiyaları Universitetinin hüquqi varisidir. 2014-cü ilin yanvar ayından etibarən bu iki qurumun birləşməsi əsasında ADA Universiteti kimi fəaliyyətini davam etdirir.

ADA Universitetinin sələfi olan Azərbaycan Diplomatik Akademiyasının əsası 6 mart 2006-cı ildə qoyulub. Akademiya 2007-ci ilin yanvar ayından Xarici İşlər Nazirliyinin diplomatları və dövlət qulluqçuları üçün ixtisasartırma proqramları təklif etməyə başlayıb. İki il sonra, 2009-cu ilin sentyabrında ilk magistratura, ardınca 2011-ci ilin sentyabrında isə bakalavr proqramlarına tələbə qəbulu aparıb.

Əsas Dəyərlər

  • Akademik mükəmməllik
  • Cavabdehlik və birgə idarəetmə
  • Hörmət, dürüstlük və şəffaflıq
  • Müxtəliflik, əməkdaşlıq və ünsiyyət
  • Sosial məsuliyyət

Fakültələr

  • İctimai və beynəlxalq münasibətlər fakültəsi
  • Biznes fakültəsi
  • Təhsil fakültəsi
  • İnformasiya Texnologiyaları və mühəndislik fakültəsi
  • Hüquq fakültəsi
  • Kənd təsərrüfatı və qida elmləri fakültəsi
  • Dizayn və memarlıq fakültəsi

Students

  • 3653 tələbə
  • 84.5% bakalavr tələbəsi
  • 15.5% magistr tələbəsi
  • 47.2% kişi
  • 52.8% qadın

Alumni

3292 məzun

2022-ci ilin mart ayından etibarən ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarından isə ümumilikdə 4442 iştirakçı məzun olub.

Mission

Missiyamız yaxından əməkdaşlıq edən və effektiv ünsiyyət quran, yüksək intellektual həll yolları təklif edən, etik və vətəndaşlıq dəyərlərinə sahib qlobal icma üzvləri yetişdirməkdir.

Vision

Biz “müəllim and alim” konseptinin mükəmməlliyini innovativ öyrənmə mühitimizdə tətbiq edərək Azərbaycanda dünya səviyyəli universitet olmaq üçün davamlı çalışırıq.

Diversity

Dünyanın 49 fərqli ölkəsindən tələbələrin təhsil aldığı bir universitet olaraq müxtəliflik bizim əsas dəyərlərimizdən biridir. Buradakı mədəni müxtəliflik stimul əsaslı öyrənməni gündəlik həyatımızın bir hissəsinə çevirir.

Ümumi məqsədimiz

ADA Universiteti beynəlxalq təhsili ölkəmizə gətirir. Bizim icma akademik mükəmməllik, hesabatlılıq, birgə idrəetmə, şərəf, ləyaqət, şəffaflıq, müxtəliflik, əməkdaşlıq, ünsiyyət və sosial məsuliyyət kimi dəyərlərə əsaslanır. Biz İcma üzvlərimizi ənənəvi düşüncədən kənara çıxaraq yeni ideyalar axtarışına səsləyirik. ADA bayrağının ətrafında birləşən Universitetimiz bayraqda əks olunan mənanı öz məqsədinə çevirir.

ADA bayrağının mavi rəngi sadiqlik və ünsiyyətin simvoludur. Biz əsas dəyərlərimizə daim sadiqik. Öz hekayəmizi və dəyərlərimizi nəsildən nəsilə ötürürük. rəng şərəf, ləyaqət və şəffaflığın simvoludur. Bu dəyərlər gündəlik fəaliyyətimizin əsasını təşkil edir. Ağ həm də, şüür və düşüncəmizin təmizliyinin simvoludur. Fikirlərimiz həmişə bilik və maarifçilik axtarışındadır, qərəzdən uzaqdır. Qırmızı canlılıq, dəyişiklik və innovasiyanın simvoludur. ADA hər zaman inkişafdadır, yeni ideyalar və təşəbbüslərlə doludur. Statik mühit bizim üçün deyil. Biz mütəmadi öyrənmə və innovasiya vasitəsilə yeni zirvələr fəth etməyə hazırıq.

Universitetin rəngləri

Caspian Blue
#336178
Pomegranate
#ae485e
White
#ffffff

Kitabxana

Kitabxanamız 120.000 çap materialları və zəngin elektron kolleksiyası ilə Azərbaycanın ən böyük ingilisdilli kitabxanısıdır. Burada həm də sinif otaqları, qrup müzakirəsi üçün otaqlar, individual və qrup oxu zalları, istirahət zonası və kafe yerləşir. Tələbələrimiz burada həm oxuyur, həm də istirahət edirlər.

Location

Qədim İpək yolunun üstündə, Şərqlə Qərbin kəsişməsində yerləşən Bakı canlı laboratoriyadır. Bakının mərkəzində, rahat bir zonada yerləşən ADA Universitetinin kampusunun əsas konspeti budurməhsul mübadiləsindən fikir mübadiləsinə keçid. Hər zaman inkişaf edən bu şəhər və universitetin tələbələri Azərbaycandakı bütün dəyişikliklərin bir parçasıdırlar. ADA Universiteti milli kimliyimizin və beynəlxalq aləmin bir tərkib hissəsidir və Azərbaycanın paytaxtı ilə eyni dalğadadır.

Anthem

ADA Universitetinin himni əsas dəyərlərimizi əks etdirir, tələbə, müəllim və əməkdaşlardan ibarət bir icmanın kimliyini ifadə edir. Himnin sözlərinin müəllifi ADA Universitetinin 2016-cı ildə beynəlxalq münasibətlər üzrə bakalavr məzunu Elnur İmanbəylidir. Musiqinin müəllifi isə tanınmış Azərbaycan bəstəkarı Firəngiz Əlizadədir. Himnimiz ilk dəfə 2 may 2013-cü ildə hər il keçirilən “Vətəndaşlıq və sosial məsuliyyət günü”-ndə səslənib.

00:00

Himn sözləri Az

Biz elmi, təhsili uca tutmuşuq,
Yorulmaq sözünü tam unutmuşuq.
Gör neçə ölkəyə körpü qurmuşuq?!
Tükənməz gəncliyin əzmkarlığı.

Qoy eşitsin bəşər, qoy bilsin cahan,
ADA-nın şöhrəti daima yaşa
Məkan o məkandı, zaman o zaman.
Dünyaya günəştək doğ, Azərbaycan!
Yayıl ayın, günün şəfəqləri ilə,
ADA-nın işıqlı səhərləri ilə.

Həyata eşqimiz axar çay kimi,
Əməyə sevgimiz bir bulaq kimi,
Həmrəyik, güclüyük biz də dağ kimi.
Seçmişik hünəri, qəhrəmanlığı.


Himn sözləri En

Enlightenment has taken the leading role
In our lives and minds, thus, we stand tall
Building bridges we connect to the world.
Perseverance is our story to be told
With passion to learn at ADA!

Let the universe hear when we say
Azerbaijan’s voice is heard far away
The time has come for us today
To pursue our dreams in an honest way
Through passion for learning at ADA!

At the crossroads of East and West,
United we stand, strong we emerge
Breaking barriers on the way to the best,
Out pours love of life, we surge.
Toward passion for learning at ADA!

icon icon Yüklə