ADA
Strategic Plan

Azərbaycanda dünya səviyyəli universitetə çevrilmək

Yarandığı gündən ilk 10 il ərzində ADA Universiteti dünya səviyyəli kampusun qurulması üçün Azərbaycan Hökümətindən əhəmiyyətli kapital dəstəyi əldə edib. Bu dəstək həmçinin ADA Universitetinin davamlı və keyfiyyətli təhsil vədini saxlamağa dəstək göstərib. Universitetin məqsədi nəticədə özü özünü maliyyələşdirməyi bacaran təhsil müəssisəsinə çevrilmək idi. Biz institutumuzun gələcəyinə ADA Universitetinin vəqfi hesab olunan ADA Universiteti Fondu vasitəsilə sərmayə qoyuruq. 2015-ci ildə biz dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan “McKinsey and Co” ilə əməkdaşlıq edərək Universitetimizin Azərbaycanda dünya səviyyəli universitetə çevrilməsi vizyonuna aparan yol xəritəsini işləyib hazırladıq. Bu səyin nəticəsi missiyamızı və vizyonumuzu daha yaxşı yerinə yetirmək üçün doqquz strateji hədəfi irəli sürən “ADA 2025: 10 illik strateji plan” oldu.

 

Characteristics of a World-Class University(WCU). Alignment of Key Factors

Jamil Salmi.(2009).The Challenge of Establishing World-Class Universities. Washington,DC:The World

1-ci strateji məqsəd: Öyrənmə

Tətbiqi biliklərin artırılması ilə tələblərimizin transformasiyasına gətirib çıxaracaq yeni öyrənmə mühiti yaratmaq

  • 1.1.1 : Öyrənməklə idrak bacarıqlarını inkişaf etdirmək: Tələbələrimizin biliklərini real dünya problemlərini həll etmək üçün necə tətbiq etməyi öyrənmələri üçün tədris proqramının əhəmiyyətli bir hissəsinin innovativ sinif otaqları, məcburi olaraq qiymətləndirilən komanda işi layihələri, hibrid təhsil, rəqəmsal simulyasiyalar, startap demoları, iş metodu və s. kimi yeni vasitələrdən istifadə etməklə praktikaya əsaslanmasını təmin etmək
  • 1.1.2 : Həm şəxsi, həm peşəkar uğur üçün kritik sayılan davranış və düşüncə bacarıqlarını təkmilləşdirmək: Şəxsi məsuliyyət, özündərk, qeyri-müəyyənlik axtarışı, əzmkarlıq, uyğunlaşma, cəsarət, çeviklik, inkişaf zehniyyəti, etika və hörməti inkişaf etdirmək üçün düzgün müdaxilələrlə tədris ekosistemini yenidən formalaşdırmaq
  • 1.1.3 : Güclü liderlik və qlobal vətəndaşlıq bacarıqlarını inkişaf etdirmək: Cəmiyyətə xidməti və başqalarını səfərbər etmək bacarığını təşviq edən, həmçinin fakültə mentorluğunu və işçilərin iştirakını təşviq edən tələbə əsaslı ADA ənənəsindən ibarət mədəniyyət qurmaq
  • 1.1.4 : ADA Universitetində təhsil dili kimi aktiv ingilis dili istifadəsini inkişaf etdirmək və tələbələri güclü yazı bacarıqları ilə təchiz etmək
  • 1.1.5 : Natiqlik, təqdimat və debat bacarıqlarını kurrikuluma inteqrasiya etməklə tələbələrin ünsiyyət bacarıqlarını təkmilləşdirmək
  • 1.1.6 : Tələbələrin digər mədəniyyətlərə, insanlara hörmət və qiymət vermələrini inkişaf etdirmək üçün güclü mədəniyyətlərarası səriştənin əsasını qoymaq
  • 1.1.7 : Sinif otaqlarında və kurrikulumda texnologiyadan istifadəni təkmilləşdirmək, mobillik vasitələrini artırmaq və təlim idarəetmə sistemlərindən maksimum istifadəni təmin etmək
  • 1.1.8 : ADA-nın tədris mədəniyyətini fərqləndirəcək əsas dəyərləri seçmək və bu dəyərləri real tədris mühitində ən yaxşı şəkildə əks etdirən müvafiq fəaliyyətləri qərarlaşdırmaq
  • 1.2.1 :

    İnkişaf etməkdə olan qlobal təhsil tendensiyalarına uyğun onlayn, modul tipli və ənənəvi tədris təkliflərini birləşdirən hibrid təhsil modelinin əsasını qoymaq, rəqəmsal texnologiyalardan istifadə seçimlərini və keyfiyyətini artırmaq üçün bu modelin mümkünlüyünü , mənimsənməsini və inkişafını davamlı olaraq qiymətləndirmək məqsədilə məktəblərarası komitə qurmaq

  • 1.2.2 : Enerji və Ətraf Mühit, Səhiyyənin idarə edilməsi, Proqram Təminatı, Kiber və İnformasiya Təhlükəsizliyi, Beynəlxalq Ticarət və Logistika, Sistemlər və Mühəndislik İdarəetməsi və digər sahələrdə ADA Universitetinin müxtəlif fakültələri və eləcə də dünyanın tanınmış tərəfdaş universitetləri ilə birgə təklif oluna bilən vacib strateji sahələrdə yeni magistr proqramlarının açılması imkanlarını araşdırmaq
  • 1.2.3 :

    Onlayn sertifikat proqramları, korporativ təlimlər, satış və konvensiya biznesinin inkişafı kimi vacib sahələri də inkişaf etdirərək İdarəetmə Təhsilini böyütmək, onun üçün mənfəət meyarlarını qurmaq və Universitet daxilində gəlir payını artırmaq

  • 1.2.4 :

    Yay məktəbi strukturumuzu inkişaf etdirmək, müxtəlif proqramlar hazırlamaq və tətbiq etmək, eyni zamanda yayda kampusdan maksimum istifadəni artırmaq

  • 1.2.5 :

    Vaşinqtonda ADA Fondunun qərargahında bölgənin əsas universitetləri ilə əməkdaşlıq çərçivəsində distant təhsil, sertifikat, yay proqramı və digər proqramları təklif etmək

  • 1.3.1 :

    Kolleksiya inkişaf strategiyamızı aydın şəkildə təyin etmək, rəqəmsal resurs aktivlərini və elektron kitabxana fondlarını artırmaqla fiziki həcmlər və rəqəmsal resurslar arasında artım balansını müəyyənləşdirmək

  • 1.3.2 :

    Professor-müəllim heyətinin öz maraq sahələrində tədqiqat və tədris səylərini dəstəkləmək üçün kitabxananın jurnal abunələri də daxil olmaqla, müvafiq resurslara malik olduğundan əmin olmaq

  • 1.3.3 :

    Tələbələrin kitabxananın təklif etdiyi xidmətlər haqqında məlumatlılığını artırmaq, bu xidmətlərdən maksimum istifadələrini təşviq etmək və tələbələri tədqiqat və bilik ilə daha yaxşı təchiz etmək üçün kitabxana və fakültələr arasında əməkdaşlığı artırmaq

  • 1.3.4 : Tədrisdə kitabxanadan yararlanmaqla tələbələrimizin informasiya savadlılığını artırmaq
  • 1.3.5 : Tələbələrimizə sənaye araşdırmalarında, işəgötürən profillərində dəstək və məlumatlı karyera seçimində kömək məqsədilə üçün Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq etmək
  • 1.3.6 : Kitabxananın bütövlükdə universitet ictimaiyyətinə necə daha yaxşı dəstək ola biləcəyini müzakirə etmək üçün kitabxana və məlumat günləri təşkil etmək

2-ci strateji məqsəd: Tələbələr

Tələbələrimizi müxtəliflik mühitində beynəlxalq perspektivlə və lazımi dəstək sistemi ilə təmin edərək onları qlobal lider kimi yetişdirmək

  • 2.1.1 :

    Aydın qeydiyyat məqsədləri təyin etmək, daha sonra 2025-ci ilə qədər optimal qeydiyyat müəyyənləşdirmək, məqsədə çatmaq və qoruyub saxlamaq

  • 2.1.2 :

    Azruolunan tələbə profilini müəyyənləşdirmək və bu tələbə profilinə uyğun olaraq qəbul meyarlarını və prosesini idarə etmək

  • 2.1.3 : İntensiv Orta Məktəb maarifləndirmə proqramı qurmaq: - STEM-də ölkə üzrə ən yaxşı orta məktəb tələbələri üçün yay körpüsü proqramını təsis etmək, ADA Universitetinə daxil olduqda tələbələrimizin hazırlığını, saxlanmasını və müvəffəqiyyətini optimallaşdırmaq üçün onların bəzi ingilis dili modulları ilə proqramlaşdırma sahəsinə girişinə dəstək olmaq
  • 2.2.1 : Tələbələrimizi yüksək nailiyyətlər əldə edən şəxsiyyətlər kimi yetişdirmək, onların liderlik keyfiyyətini inkişaf etdirmək, onları yaradıcı düşünənlərə çevirmək, tələbələrin müxtəlifliyini təmin etmək və onlara komandalarda işləməyə şəarait yaratmaq
  • 2.2.2 : Daha yüksək əzmkarlıq və məzuniyyət dərəcələri, eləcə də akademik məsləhətlərin həyata keçirilməsi nəticəsində tələbələrin akademik uğurlarını təşviq etmək
  • 2.3.1 : Milliyyət, paytaxta qarşı regionlar, cins, irq, yaş, əlillik və s. kimi çoxsaylı ölçülərlə müxtəlifliyin təmin olunmasınına zəmanət vermək üçün dekanların rəhbərlik etdiyi fəal Qeydiyyat İdarəetmə Planını həyata keçirmək
  • 2.3.2 : Gələn və gedən mübadilə fəaliyyətlərinə, beynəlxalq tələbə xidmətlərinə cavabdeh olan vahid Beynəlxalq Ofis təşkil etmək
  • 2.3.3 : Beynəlxalq Tələbələrin ADA Universitetinə, mədəniyyətinə və cəmiyyətə daha yaxşı inteqrasiyası məqsədilə “Onbordinq” və davamlı mentorluq proqramı üçün hərtərəfli oriyentasiya proqramını tərtib etmək üçün Beynəlxalq Ofisə tapşırıq vermək
  • 2.3.4 :

    Müxtəlifliyi təmin etmək və beynəlxalq tələbə hədəf dərəcələrinə çatmaq üçün yüksək keyfiyyətli universitetlərdən mübadilə tələbələrinin cəlb edilməsinə diqqət yetirmək

  • 2.3.5 : Fiziki qüsurlu və öyrənmə problemləri olan tələbələr üçün dəstək infrastrukturu təmin etmək
  • 2.4.1 : Tələbələrimizin xüsusi ehtiyaclarınına cavab vermək üçün məsləhət proqramı hazırlamaq və həyata keçirmək
  • 2.4.2 : Tələbə Hökumətinə səlahiyyət vermək, onun tələbə təşəbbüsləri və xidmətlərinin planlaşdırılması və idarə edilməsində iştirakını gücləndirmək
  • 2.4.3 :

    Tələbələrin aktivliyini artırmaq və canlı kampusun qurulmasına kömək etmək üçün tələbə klublarını, təşəbbüsləri və sosial fəaliyyətləri təkmilləşdirmək

  • 2.4.4 : İdman klublarını dəstəkləmək və kampusda atletika fəaliyyətinin optimal səviyyəsini qorumaq
  • 2.4.5 :

    İnvestiya qoyaraq Güclü Karyera İdarəetmə Mərkəzinə qurmaq, onun ümumi ADA təhsilinə inteqrasiyasını gücləndirmək, həm ölkə daxilində, həm də xaricdə təcrübə və məşğulluq imkanları üçün meyarlar hazırlamaq, karyera sərgiləri, sənaye panelləri, fərdi müsahibələr və ABŞ-da ADA Fondu vasitəsilə tələbələrimizin bu cür imkanlarını artırmaq

  • 2.4.6 : Tələbələrimizi müvafiq olaraq dəstəkləmə yollarını inkişaf etdirərək, artan təhsil xərclərinin təsirini daha yaxşı həll etmək üçün Maliyyə Söbəsini gücləndirmək

3-cü strateji məqsəd: Müəllimlər və tədqiqat

“ADA-nın dəyərlərini bölüşən və innovativ tədris edən professor-müəllim heyətini cəlb etmək, inşikaf etdirmək və saxlamaq; Həmçinin onların prioritet sahələrdə tədqiqatlarını dəstəkləmək”

  • 3.1.1 : Provostun rəhbərlik etdiyi Gələcək Fakültə Heyətinin İnkişafı Ofisini yaratmaq və maliyyələşdirmək
  • 3.1.2 : Azərbaycanlıların müvafiq fakültələr üçün gələcək professor-müəllim heyəti kimi inkişaf etdirilməsi üçün xaricdə bir çox nüfuzlu universitetlərlə uzunmüddətli tərəfdaşlıq müqavilələri imzalamaq, birgə doktorantura proqramları və partnyor Universitetdə tam şəkildə əldə edilə bilən məqsədyönlü proqramlar kimi çoxsaylı yanaşmalar daxil olmaqla davamlı PhD inkişaf proqramını institusionallaşdırmaq
  • 3.1.3 :

    Azərbaycanlı akademilərin müxtəlif fakültələrin və universitetin xaricdəki faəliyyətlərində iştirakını təmin etmək və izləmək

  • 3.1.4 :

    Uzunmüddətli perspektivdə seçilmiş sahələr üçün öz aspirantura proqramlarımızın əsasının qoyulması üçün hazırlığımızı qiymətləndirmək

  • 3.2.1 : Hər bir dekana Provost ilə sıx koordinasiyada fakültənin balanslaşdırılmış və optimal birləşməsini təmin etməklə yanaşı ən azı qarşıdan gələn 3 il üçün fakültə proqnozlarını hazırlamağı tapşırmaq
  • 3.2.2 : Provost və dekanlara fakültə heyətinin işə qəbulunda istiqamətverici baza kimi istifadə oluna biləcək potensial ziyarətçi professorların məlumat bazasını 2 il üçün əvvəlcədən yaratmağı tapşırmaq
  • 3.2.3 :

    Fokus sahələrində proqramların və kurrikulumun işlənib hazırlanmasını və təhvilini  asanlaşdırmaq, həmçinin yerli professor-müəllim heyətimizin tədris və tədqiqat imkanlarının yaradılmasında əməkdaşlıq etmək üçün qısa, orta və uzunmüddətli vəzifələrə daha yüksək səviyyəli və nüfuzlu beynəlxalq professor-müəllim heyətinin cəlb edilməsi imkanlarını araşdırmaq

  • 3.2.4 :

    İşə qəbulun coğrafi əhatəsini genişləndirmək və işə qəbul səylərinin müvəffəqiyyətini təmin etmək, eləcə də müxtəlif keyfiyyətli professor-müəllimləri cəlb etmək üçün Şərqi Avropa, Cənub-Şərqi Asiya və Türkiyə kimi çoxsaylı “qaynar nöqtələri” müəyyənləşdirmək

  • 3.2.5 : ADA Universiteti, mədəniyyət və cəmiyyətə daha yaxşı inteqrasiya üçün yeni işə qəbul olunmuş beynəlxalq professor-müəllim heyətinə əlavə modullar daxil olmaqla Orientasiya Proqramını və dəstək xidmətlərini tərtib etmək və təkmilləşdirmək
  • 3.2.6 : Fakültə heyətinin işə qəbuluna insan resurslarını cəlb etmək, bu prosesinin idarə edilməsi və universitetin insan resursları ilə əlaqəsi üzrə dekanlara dəstək olmaq üçün xüsusi insan resursları mütəxəssisini təyin etmək
  • 3.3.1 : 3-ə qədər aydın və fərqləndirilmiş karyera yollarını müəyyənləşdirmək - əsas xətt, müddət xətti və praktikantlar - bütün fakültə heyətinə xidmət üçün standartlaşdırılmış vaxt təmin etməklə yanaşı, fakültənin tədris və tədqiqat üçün vaxt ayırmalarını seçmək imkanı vermək
  • 3.3.2 :

    Mentorluq və şəbəkə mübadiləsi imkanlarından istifadə etmək üçün kiçik professor-müəllim heyətinin böyük heyətlə ilə birbaşa işləməsinə dəstək olmaq üçün fakültə üzrə mentorluq proqramı yaratmaq və sistemin effektivliyini izləməyi dekanlara tapşırmaq

  • 3.3.3 :

    1.1 bənddə qeyd olunan təşəbbüsləri tam şəkildə həyata keçirmək üçün “Tədris və Bilik Mükəmməlliyi Mərkəzi” yaratmaq

  • 3.3.4 :

    Magistr tələbələrinin professor-müəllim heyətinə tədris və tədqiqat fəaliyyətlərində (məsələn, tədqiqat köməkçiləri, statistik analitiklər, müəllim köməkçiləri və s.) dəstək olmaq üçün məşğulluq imkanları modelini institusionallaşdırmaq, bu isə qarşılığında tələbələrin öyrənmə təcrübəsini artıracaq

  • 3.3.5 :

    Ehtiyaclarını daha yaxşı qarşılamaq və onların ADA-nın vizyonu və dəyərlərinə sadiqliyini artırmaq üçün fakültə heyəti ilə davamlı əlaqə yaratmağa çoxsaylı məkanlar, vasitələr axtarmaq və tətbiq etmək

  • 3.4.1 :

    ADA Universitetinin böyüməsi zamanı yüksək keyfiyyətli təhsilin ardıcıllığını təmin edəcək, daxili və xarici keyfiyyətin təminatı tələblərini və hesabatlarını əlaqələndirəcək Provost və Dekanların rəhbərlik etdiyi “Keyfiyyətin Təminatı və Qiymətləndirilməsi Ofisi”nin əsasını qoymaq

  • 3.4.2 :

    Fakültə qiymətləndirilməsinə çoxsaylı məlumat nöqtələrinin inteqrasiya olunmasını təmin etmək üçün performans idarəetmə sistemini təkmilləşdirmək (məsələn, tələbə qiymətləndirmələri, həmkarlarının müşahidələri, dekan qiymətləndirmələri, tədqiqat səyləri və onların öz bəyanatları), dövri və standartlaşdırılmış əsasda həyata keçirilməsini təmin etmək

  • 3.5.1 : Strateji əhəmiyyət kəsb edən tədqiqat sahələrini, o cümlədən fənlərarası tədqiqatı müəyyənləşdirmək və rəqabətli mükafatlandırma sistemi yaratmaqla bu sahələrə yönəlmiş tədqiqat səylərini stimullaşdırmaq
  • 3.5.2 :

    Fakültə heyətini fərdi tədqiqat layihələri üçün xarici maliyyə axtarmağa və təmin etməyə təşviq etmək, onalrı bu səylərdə OSRG vasitəsilə dəstəkləmək və bütün potensial tədqiqat müqavilələrinin OSRG tərəfindən nəzərdən keçirilməsini, təsdiqlənməsini, imzalanmasını və idarə olunmasını təmin etmək

  • 3.5.3 : Əsas professor-müəllim heyətinin tədqiqat fəaliyyətini yaxşılaşdırmaq və maddi tədqiqat nəticələrinə nail olmaq üçün hesabatlılıq və həvəsləndirmə mexanizmlərini qurmaq

4-cü strateji məqsəd: Heyət

“Dəyərlərə hörmət, etik qaydalar və mükəmməllik hissini rəhbər tutaraq ən effektiv şəkildə fəaliyyət göstərən yüksək səriştəli kadları işə cəlb etmək və inkişaf etdirmək”

  • 4.1.1 :

    Kadrların qəbulu prosesini təkmilləşdirmək və  mərkəzləşdirmək, işə qəbul komitəsi yaratmaq və bura ancaq uyğun insanları əlavə etmək

  • 4.1.2 : Strategiya və İnkişaf üzrə Prorektora hər bir şöbənin normativ ştat vahidlərini və təşkilatda hər bir vəzifənin əmək haqqı diapazonlarını əvvəlcədən müəyyən etmək səlahiyyəti vermək
  • 4.1.3 :

    Aydın şəkildə müəyyən edilmiş iş təsvirləri və bacarıqlar toplusunu hazırlamaq və işə götürərkən onlara əməl etmək

  • 4.2.1 : İnsan Resursları Departamentinə daha da hərtərəfli insan kapitalı yaratmaq məqsədi ilə yüksək performanslı kadrlar üçün əlaqəli şöbələr daxilində rotasiya proqramları hazırlamaq tapşırığı vermək
  • 4.2.2 :

    İnsan Resursları Departamentinə hər ilin əvvəlində hər işçi üçün üçün illik təlim planı hazırlamaq və həyata keçirmək, bu planı hər bir departamentə aydın şəkildə çatdırmaq tapşırığı vermək

  • 4.2.3 : İnsan Resursları Departamentinə işçilərin fəaliyyətinin cari qiymətləndirilməsi sistemini yenidən nəzərdən keçirmək və həll edilməli olan təkmilləşdirmə sahələrini aşkar etmək üçün tapşırıq vermək
  • 4.2.4 : Bütün işçiləri kampus ictimaiyyəti arasında əsas ADA dəyərlərini ehtiva edən sosial məsuliyyət və liderlik layihələrini müəyyən edib həyata keçirməklə hər il tələbələrimizə mentorluq etməyə təşviq etmək
  • 4.2.5 :

    İnsan Resursları bölməsinə ayrılmış ümumi resursları artırmaq, onların insan resurslarının idarə edilməsində ixtisaslarını və səriştəsini təmin etmək və təkmilləşdirilmək məqsədilə kənar ekspert dəstəyi cəlb etmək

  • 4.2.6 : İnsan resurslarında peşəkar inkişaf, karyera yolunun idarə edilməsi və təşkilatda əsas rolların silsilə planlaşdırılması üçün birgə cavabdeh olacaq Karyera İdarəetmə və Peşəkar İnkişaf rollarını qurmaq
  • 4.2.7 : İşçilərin saxlanması strategiyaları və təşviqləri hazırlamaq

5-ci strateji məqsəd: ADA Universitetinin beynəlmiləlləşdirilməsi

“Müəllim, tələbə və işçilər arasında müxtəlifliyi artırmaq, onların birgə fəaliyyətini təmin etməklə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fərq yaratmaq”

  • 5.1.1 : Beynəlmiləlləşmə gündəliyi ilə bağlı fakültə, tələbələr və işçi heyəti də daxil olmaqla müxtəlif fokus qrupları ilə tez-tez və müntəzəm kampus miqyasında dialoqlar təşkil etmək
  • 5.1.2 :

    Beynəlxalq professor-müəllim heyətini, işçiləri, tələbələri daha yaxşı istiqamətləndirmək və işə cəlb etmək, onların azərbaycanlı həmkarları ilə davamlı inteqrasiyasını təmin etmək üçün strategiyalar və fəaliyyət planları hazırlamaq

  • 5.1.3 : Ləyaqətə əsaslanan bir cəmiyyətə malik olduğumuzu təmin etmək üçün milli və ya beynəlxalq mənşəyindən asılı olmayaraq professor-müəllim heyətinin və kadrların mükafatlar və mənfəətlər paketini yaratmaq
  • 5.1.4 :

    Universitetdə beynəlxalq konfrans və forumlara ev sahibliyi etmək, professor-müəllim heyətini tədqiqatlarını beynəlxalq konfranslarda təqdim etməyə təşviq etmək və tələbələrimizi müxtəlif fənlər üzrə beynəlxalq həmkar universitet tələbə yarışmalarında iştirak etmək üçün dəstəkləmək

  • 5.2.1 :

    Strateji tərəfdaşlıqların qurulması mümkün olan ölkələrin və məktəblərin prioritet siyahısını müəyyənləşdirmək

  • 5.2.2 : 2025-ci ilə qədər beynəlxalq tələbələrin kritik kütləsini tələbə kontingentinin ən azı 15 faizinə çatdırmaq üçün qəbul planı hazırlamaq və fərqli fakültə strategiyaları qurmaq
  • 5.2.3 :

    Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə idarə etdiyi Beynəlxalq İnsan Bacarıqlarının Təkmilləşdirmə Proqramının davamlı maliyyələşdirilməsini və idarə olunmasını təmin etmək üçün Azərbaycan Hökuməti ilə işləmək

  • 5.3.1 : Bütün proqramlar və fakültələrdə professor-müəllim heyətinin ən azı 30 faizinin beynəlxalq olmasını təmin etmək üçün balans yaratmaq
  • 5.3.2 : Dünyanın hər yerindən ən yaxşı universitet inzibatçıları işə götürmək və qoruyub saxlamaq, milli və beynəlxalq inzibatşıların düzgün qarışığından əmin olmaq
  • 5.4.1 : Beynəlxalq professor-müəllim heyətinə tələbə və fakültə mübadiləsi ilə bağlı öz universitetləri ilə əməkdaşlıq mexanizmini/tərəfdaşlığını inkişaf etdirmək üçün Beynəlxalq Ofislə işləmək tapşırığı vermək
  • 5.4.2 : Hər fakültədəki potensialı təhlil edərək Beynəlxalq Ofisə ümumi gələn/gedən tələbə mübadilə nisbəti hədəfini təyin etmək
  • 5.4.3 : Hər bir proqramda tələbələrimizin potensial qlobal işəgötürənlərinin siyahısını müəyyən etmək üçün Karyera İdarəetmə Ofisi və dekanlar arasında əməkdaşlıq mexanizmi qurmaq
  • 5.4.4 : Tələbələrimizin təcrübə imkanları əldə etməsi məqsədilə bu qlobal işəgötürənlərlə əməkdaşlıq etmək üçün Karyera İdarəetmə Ofisinə tapşırıq vermək
  • 5.5.1 :

    Baş ofisi ABŞ-ın Vaşinqton şəhərində yerləşən, hərtərəfli fəaliyyət dairəsi ilə yenidən dizayn edilmiş ADA Fondunu işə salmaq və inkişaf etdirmək, eyni zamanda ADA Universitetinin Şimali Amerikadakı professor-müəllim heyəti və tələbələri üçün imkanlar inkişaf etdirmək

  • 5.5.2 : İctimai və Beynəlxalq Münasibətlər Fakültəsində Azərbaycanşünaslıq kafedrasının təsis edilməsi və onun beynəlxalq səviyyədə tanınmış institutlarla birbaşa əməkdaşlığının qurulması
  • 5.5.3 :

    ADA Universitetinin professor-müəllim heyəti və onların xaricdəki həmkarları tərəfindən birgə qlobal tədqiqatların aparılmasını təşviq etmək

  • 5.5.4 : Müəyyən modullarının Azərbaycanda, müəyyən modullarının isə xaricdə, həmçinin beynəlxalq səviyyədə tanınmış institutlarla əməkdaşlıqda təklif oluna bilən mobil icraçı təhsil proqramları hazırlamaq

6-cı strateji məqsəd: Brendinq

“Fərqli, ardıcıl, dayanıqlı və təsirli brendinq strategiyası yaratmaqla güclü qlobal mövqe əldə etmək, ən yaxşı istedadları cəlb etmək və əsas tərəfdaşlar arasında ADA-nın nüfuzunu artırmaq”

  • 6.1.1 :

    Rektor Ofisinin nəzdində 6-cı strateji məqsəddə qeyd olunan bütün təşəbbüslərə sona qədər məsuliyyət daşıyan brend idarəetmə komandası yaratmaq

  • 6.1.2 :

    Brendinq strategiyasının formalaşdırılması prosesi üçün səs giriş bazası yaratmaq üçün daxili (üst rəhbərlik, tələbələr, müəllimlər və işçilər) və xarici maraqlı tərəflərlə (potensial tələbələr və professor-müəllim heyəti, hökumət və özəl qurumlar, beynəlxalq tərəfdaşlar) “brendinq tədqiqatı və təhlili” səyinin (sorğular, fokus qrupları və müsahibələr) başlanğıcını qoymaq

  • 6.1.3 :

    ADA-nın brendinq strategiyasının əsas orqanını təşkil edəcək və onun ümumi strategiya ilə uyğunluğunu təmin edəcək əsas universitet strategiyası elementlərindən (missiya, vizyon, dəyərlər və strateji məqsədlər) təlimatlar və mesajlar çıxarmaq

  • 6.1.4 :

    ADA Universitetinin brend arxitekturasını müəyyənləşdirmək - a) DNT: brendi unikal edən ünsür b) Tarix: brendin başlanğıcda nəyi təmsil etdiyi c) Dəyərlər: hazırda brend nə ifadə edir d) Kodlar: brendi təcəssüm etdirən və onu ikonik edən

  • 6.1.5 :

    ADA Universiteti brendinin gələcəyini müəyyənləşdirmək – a) Bazarın baxışı: bazarın və tələbə kütləsinin gələcəkdə necə təkamül edəcəyi b) Brend istəkləri: 2025-ci ildə brendin hədəf mövqeyi c) Brend məqsədləri: brendin yerinə yetirmək istədiyi gözləntilər

  • 6.1.6 :

    Brend əraziləri yaratmaq – brendin əhatə etdiyi coğrafiyalar və hədəf qrupunun təhlili – hansı tələbə seqmentlərinin hədəfləndiyi, onların demoqrafik göstəriciləri və xüsusi ehtiyacları

  • 6.1.7 :

    ADA Universiteti brendinin dəyər təklifini yaratmaq – brend tələbələrin və fakültə heyətinin zehnində və təsirində hansı unikal məkanı tutmaq istəyir

  • 6.2.1 : İstənilən daxili və xarici səylərlə ADA-nın əsas brendinq qaydaları - qrafik təlimatlar (loqo, yazı, istifadə olunan materiallar və s.) və redaksiya təlimatlarını (əsas faktorların kodlaşdırılması, sözlər və ton, dil səviyyəsi, tətbiqlərin illüstrasiyası və s.) dizayn etmək
  • 6.2.2 : Hədəf auditoriyasına düzgün kanallarla çatdırılan hərtərəfli və ardıcıl xarici brend kommunikasiya strategiyası (məsələn, reklam, sponsorluq, vizual identiklik, mətbuatla əlaqələr və s.) hazırlamaq
  • 6.2.3 :

    Ümumi ardıcıllığı və əlaqəni təmin edən brendinq strategiyasının elementlərini və mesajlarını professor-müəllim heyətimizə və kadrlarımıza çatdıracaq daxili brend kommunikasiyası təlimatını hazırlamaq

  • 6.2.4 : Universitet üçün tələbələri, professor-müəllim heyətini və ictimaiyyəti ən effektiv şəkildə cəlb edən yüksək investisiya qayıdışı, məqsədyönlü və uyğunlaşdırılmış tədbir gündəliyi qurmaq (məsələn, kampus ziyarətləri, tələbə qəbulu tədbirləri, məclislər və s.)
  • 6.2.5 :

    Beynəlxalq tələbələr üçün unikal “dəyər paketi” səyi yaratmaq və bu paketi bu seqmentə yönəlmiş bütün təbliğat fəaliyyətlərində istifadə etmək (məsələn, bu paketə təcrübələr, şəbəkə tədbirləri, regiona xas bacarıq və bilik seminarları və məşğulluq imkanları daxil edilməlidir)

  • 6.3.1 : ADA Universitetinin brendini ən yaxşı şəkildə təmsil edəcək daha həssas, intuitiv, naviqasiyası asan və yenilənmiş platforma yaratmaq üçün veb-saytımızı və vebsaytın idarə edilməsi prosesini yenidən dizayn etmək
  • 6.3.2 :

    Axtarış motoru nəticələrində universitet və proqramlar üçün görkəmli yer əldə etmək üçün axtarış motorunu optimallaşdırma vasitələrindən istifadə etmək

  • 6.3.3 :

    Auditoriyamızın kim olduğunu, onlara necə çatmalı olduğumuzu və hansı platformanın əlaqə üçün ən effektiv olduğunu müəyyən etmək məqsədilə faktlara əsaslanan veb analitikaya və geniş məlumatlara etibar etmək

  • 6.3.4 :

    Effektiv strateji sosial media idarəçiliyi, ən yaxşı investisiya qayıdışını həyata keçirmək üçün sosial media komandamızı və strategiyamızı yenidən qurmaq

  • 6.3.5 : Mobil texnologiyaların və qoşulmuş cihazların artımında istifadə olunmamış imkanlara çatmaq üçün mobil texnologiyalarda mövcudluq üçün investisiya qoymaq
  • 6.3.6 :

    Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması sistemi mədəniyyətini və metodlarını potensial tələbələrlə əlaqə yaradılması prosesinə daxil etmək

  • 6.4.1 : Brendləşmə səylərinin effektivliyini ölçmək və izləmək üçün həm universitetin illik hədəfləri (məsələn, proqram üzrə plan yerlərinin doldurulması faizi, icraçı təhsilə qəbul, beynəlxalq tələbə nisbəti və s.) və gündəlik brend performans göstəriciləri (məsələn, mətbuatda işıqlandırma, tədbir rəyləri və s.) brend səmərəliliyinin idarə olunması sistemi yaratmaq
  • 6.4.2 : ADA Universitetinin brend imici üçün zamanla müqayisə edilə bilən rəylər toplayacaq və müvafiq nəticələrə uyğun olaraq brend strategiyasını yeniləyəcək davamlı brendinq tədqiqat mədəniyyətini inkişaf etdirmək

7-ci strateji məqsəd: ADA Elm və innovasiya parkı

“İstedadlı insanları ətrafımıza toplayaraq, innovasiya və sahibkarlığı, bilik və texnologiya mübadiləsini təşviq edərək universitet resurslarını inkişaf etdirmək”

  • 7.1.1 :

    Şagirdlərin Azərbaycan və ingilis dillərinə yiyələnmələrini artıran, güclü milli kimlik və mənsubiyyət hissini formalaşdıran və ölkədə riyaziyyat və fizika kimi təbiət elmlərini yüksəltmək üçün lazımi mühiti inkişaf etdirən maqnit orta məktəbi inşa etmək

  • 7.1.2 :

    Tarix, dil və ədəbiyyat kimi milli irs sahələrində ixtisaslaşan güclü müəllim kadrlarını və təbiət elmləri üzrə səriştələri cəlb etmək və saxlamaq

  • 7.1.3 :

    ADA Universitetinin Maqnit Məktəbində oxumaq üçün Azərbaycanın hər yerindən potensial tələbələri müəyyən etmək və cəlb etmək üçün fəaliyyətlər təşkil etmək

  • 7.2.1 :

    Birinci mərhələdə şirkət işçilərinə və maraqlı namizədlərə İT təlimləri vermək üçün böyük texnologiya şirkətləri (məsələn, SAP, Cisco, Microsoft) ilə tərəfdaşlıq qurmaq

  • 7.2.2 : ABŞ Azərbaycanlıları Şəbəkəsindən istifadə etməklə yerli, beynəlxalq universitetlərdən texnologiya laboratoriyalarına tədqiqatçıları və tərtibatçıları cəlb etmək və işə götürmək
  • 7.2.3 :

    Dövlət investisiyaları ilə müxtəlif texnologiya laboratariyaları (məsələn, Kibertəhlükəsizlik Laboratoriyası, Texnologiya Səriştə Mərkəzi və Məlumat Elmləri Laboratoriyası) inşa etmək

  • 7.3.1 : Mərhələli yanaşma ilə ADA Fondundan maliyyə dəstəyini təmin etməklə 3-4 uğurlu startapı əvvəlcədən inkubasiya etmək
  • 7.3.2 : İnnovasiya və sahibkarlıq mərkəzi kimi A-laboratoriyanı açmaq, həmçinin ADA Universitetindən kənarda ictimaiyyətə və cəmiyyətə xidmət göstərmək və A-laboratoriyası çərçivəsində keçiriləcək proqram və tədbirlərin təşkili üçün kiçik bir komanda işə götürmək
  • 7.4.1 :

    ADA Fondunun nəzdində qanuni olaraq Vençur Kapitalı/Toxum Fondu yaratmaq və performans meyarları, şirkət üçün bilet ölçüsü, ADA Fondunun yeni VC Fondu üçün fondun ölçüsü ilə razılığa gəlmək

  • 7.4.2 :

    ADA Elm və İnnovasiya Parkında startaplara və KOM-lara maliyyə təmin etmək üçün yerli və regional VK Fondları ilə müqavilələr bağlamaq, startaplar üçün investor fondunu genişləndirmək məqsədilə sertifikatlaşdırılmış “ADA Mələk İnvestor Şəbəkəsi” qurmaq

  • 7.5.1 :

    ADA Elm və İnnovasiya Parkı üçün ofis sahəsi və biznes mərkəzi tikmək, yüksək keyfiyyətli və müvafiq paylaşılan biznes xidmətlərinin (mühasibat uçotu, hüquqi dəstək, İR, təhlükəsizlik, infrastruktur və s.) yerində olduğundan əmin olmaq

  • 7.5.2 :

    ADA Elm və İnnovasiyalar Parkının əməliyyat şirkəti üçün müvafiq kadrları işə götürmək, parka icarədarları cəlb etmək üçün marketinq və PR kampaniyalarına başlamaq

  • 7.6.1 : Beynəlxalq agentliklərlə (məsələn, xəbər agentlikləri, beynəlxalq fondlar, QHT-lər, texnologiya agentlikləri və s.) əlaqə saxlayaraq ADA Elm və İnnovasiya Parkının yaradılmasını reklam etmək
  • 7.6.2 :

    Seçilmiş sahələrdə (məsələn, texnologiya, telekommunikasiya, bankçılıq və s.) yerli və çoxmillətli lövbər şirkətlərini ADA Elm və İnnovasiya Parkına gətirmək

  • 7.6.3 :

    Yerli və beynəlxalq hakimiyyət orqanları tərəfindən verilən vergi güzəştləri və qrantları elan etməklə Azərbaycanda mövcud yüksək texnologiyalı KOM-ları ADA Elm və İnnovasiya Parkına cəlb etmək

8-ci strateji məqsəd: İdarəetmə və rəhbərlik

“Mükəmməllik dəyərinə sadiq qalaraq, güclü və insanlara səlahiyyət verən əlverişli idarəetmə modelinin yaradılması”

  • 8.1.1 : Universitet və məktəb səviyyəsində idarəetmə çərçivəsini formalaşdıran siyasət və prosedurlar hazırlamaq
  • 8.1.2 :

    Optimallaşdırma üçün universitet səviyyəsində əsas proseslərə qərar vermək, seçilmiş proseslər üçün hədəf qrafiklərini çəkmək (məsələn, hər bir addım üçün kim məsuldur, cavabdehdir, məsləhətləşilib və məlumatlandırılıb) və onların Universitet Senatında təsdiqlənməsini təmin etmək (məsələn, professor-müəllim heyətinin işə qəbulu, qəbul prosedurları, yeni proqram təklifi, büdcə tərtibatı və s.)

  • 8.1.3 :

    “İnstitusional Planlaşdırma və Qiymətləndirmə Ofisi”ni dizayn etmək, əsasını qoymaq və idarə etmək

  • 8.2.1 :

    İdarəetmənin səmərəliliyi və effektivliyi baxımından optimal struktura rəhbərlik edəcək düzgün diapazon və ya təbəqə və nəzarət ilə şəffaf təşkilati diaqram yaratmaq

  • 8.2.2 : Strategiya və İnkişaf departamenti nəzdində strategiya proqramının təşəbbüslərinin/KPI-lərinin məsuliyyətini daşımaq və ya statusunu izləmək üçün PMO Ofisi qurmaq imkanını araşdırmaq
  • 8.2.3 :

    Təşkilati diaqramda 2-ci səviyyəyə qədər hər bir rolun cavabdehliyini və məsuliyyətlərini nəzərdən keçirmək, bu vəzifələr üçün aydın rol təyinatları və KPİ-ları formalaşdırmaq

  • 8.2.4 :

    Onlara hesabat verən hər bir departament rəhbəri/dekan üçün uyğunlaşdırılmış KPİ-ları və hədəfləri müəyyən etmək, bu KPİ-ların və hədəflərin tərəflər arasında uyğunlaşdırılmasını təmin etmək üçün 1-2-ci səviyyələrdə rollar təyin etmək (yəni, prorektorlar və dekanlar)

  • 8.2.5 : Verilən tapşırıq üçün effektivliyi və vahid cavabdehlik nöqtəsini təmin etmək üçün hər şöbənin əsas funksiyalarını müəyyən edən prorektorlar təyin etmək
  • 8.3.1 :

    Qəyyumlar Şurasının tərkibini və fəaliyyət modelini canlandırmaq və gücləndirmək. Bu da yüksək xalis dəyəri olan və beynəlxalq nüfuza malik şəxsləri cəlb etməklə universitetin idarə edilməsinə və böyüməsinə onların strateji töhfəsini artıracaq.

  • 8.3.2 :

    Həm universitet, həm də məktəb səviyyələrində Şuraları, onların üzvlük meyarlarını və tərkibini, habelə bu şuralar arasında qarşılıqlı əlaqə mexanizmini aydın şəkildə müəyyənləşdirmək

  • 8.3.3 : Universitet Senatının vaxtaşırı iclas strukturunu, iş prinsiplərini, gündəliyindəki məsələləri təyin etmək, iclaslarının ardıcıllığını təmin etmək və universitetin idarə edilməsinə onun töhfəsini artırmaq
  • 8.3.4 : Xüsusi proqramlar vasitəsilə qlobal liderliyi və universitetdə effektiv kommunikasiya potensialını gücləndirmək üçün “Liderlik və İdarəetmə İnkişafı Təşəbbüsü” hazırlamaq və işə salmaq
  • 8.3.5 :

    Potensial yerli universitet menecerlərindən ibarət güclü kadrlar hazırlamaq və peşəkar inkişaf proqramları və kouçinq mexanizmi ilə universitet daxilində şöbə və bölmələrin idarə edilməsini gücləndirmək

  • 8.4.1 :

    Mərkəzləşdirilmiş idarəetmədən muxtar idarəetməyə mərhələli artım: mərhələli yanaşma ilə fakültə akademik və idarəetmə muxtariyyətinin dərəcəsini, onlara bu cür muxtariyyət dərəcəsinin planlaşdırılması və idarə edilməsində səlahiyyət vermək və onların hesabatlılıq mexanizmlərini müəyyənləşdirmək

  • 8.4.2 :

    Proqramatik genişləndirmə üçün çərçivə: a) Bazar araşdırması və təhlili əsasında mövcud dərəcə və qeyri-dərəcə proqramlarının mümkünlüyünü və potensialını müəyyənləşdirmək b) Həmçinin bu ​​cür bazar araşdırması və təhlili əsasında növbəti 5 il ərzində açıla biləcək yeni proqramları aydın şəkildə müəyyənləşdirmək

  • 8.4.3 : Fakültələrin və proqramların daha yaxşı inteqrasiyası: Fənnlərarası tədris və tədqiqatı, eləcə də universitetin müxtəlif fakültələri arasında inteqrasiyanı həyata keçirmək üçün müxtəlif fakültələr ilə birgə təklif oluna biləcək dərəcə və qeyri-dərəcə proqramları imkanlarını araşdırma
  • 8.4.4 :

    Məktəb strategiyasının nəzərdən keçirilməsi: Məktəb səviyyəsində strategiyalar qurmq və həm universitetin, həm də məktəbin strateji məqsədlərinə uyğunluğunu təmin etmək üçün hər il Rəhbərlik, Provost və Dekanlardan ibarət strateji baxış komitəsi yaratmaq

  • 8.5.1 : Universitetin akademik, idarəetmə və maliyyə sahələrində əhəmiyyətli dərəcədə muxtariyyətə malik olmasını təmin etmək
  • 8.5.2 : Prioritet sektorlar üçün insan resurslarına ehtiyacı daha yaxşı həll etmək üçün proqramlı genişlənməmizin ölkənin strateji gündəliyinə uyğun olmasını təmin etmək

9-cu strateji məqsəd: Resursların istifadəsi

“Maliyyə cəhətdən daha dayanıqlı və müstəqil olmaq üçün ADA-nın maliyyə mənbələrini şaxələndirmək; həmçinin yüksək keyfiyyətli həyat tərzini təmin edən, qabaqcıl xidmətlər və texnologiyaları təqdim edən dünya səviyyəli kampusun tikintisini davam etdirmək”

  • 9.1.1 : İanə strategiyası hazırlamaq, daimi ianə fondu qurmaq və onun ADA Universitetindən muxtariyyətini təmin etmək
  • 9.1.2 : Xeyriyyəçilik Mədəniyyəti yaratmaq və inkişaf etdirmək
  • 9.1.3 : İanə üzrə bütün səviyyələrdə möhkəm perspektivli boru kəməri inkişaf etdirmək
  • 9.1.4 :

    Məzunlar, valideynlər və dostlarla əlaqə saylarını canlandırmaq və gücləndirmək

  • 9.1.5 : Peşəkar və bacarıqlı inkişaf heyəti cəlb etmək və saxlamaq
  • 9.1.6 : Bütün tərəflərlə ünsiyyət üçün innovativ metodlar hazırlamaq
  • 9.1.7 : Universitetin qeyri-ənənəvi gəlir yaratma səyləri ilə uyğunlaşmaq
  • 9.1.8 :

    İanə yaradılması, fundraizinq və sponsorluq təşəbbüslərini birləşdirmək və ADA Universiteti Fondu kimi vahid bir nöqtədən potensial donor və/və ya sponsor ilə hər hansı əlaqəni idarə etmək

  • 9.2.1 :

    Bütün proqramlar üzrə mövcud təhsil haqqı dərəcələrini yenidən nəzərdən keçirmək, Universitetin maliyyə imkanlarına və davamlılığına əsaslanaraq onları 2020-ci ilə qədər düzəltmək

  • 9.2.2 :

    Fakültələrin və onların proqramlarının maliyyə davamlılığını təmin etməklə yanaşı nailiyyəti mükafatlandırmaya davam etmək üçün təqaüd siyasətlərini hazırlamaq və idarə etmək

  • 9.2.3 :

    Akademik bölmələrlə (Provost vasitəsilə) sıx əlaqəyə malik Sponsorlu Tədqiqatlar və Qrantlar Ofisi yaratmaq (STQO) və 9.1.8 bəndində qeyd olunan bütün mərkəzlərin, tədqiqat mükafatlarının və qrantların STQO-nun dəstəyi ilə kənar maliyyələşdirmə yolu ilə təmin etmək

  • 9.2.4 :

    Qaimə xərclərini ilkin olaraq 25 % müəyyənləşdirmək, tədricən artırmaq və qaimə xərcləri siyasətini universitet tərəfindən təklif olunan bütün layihə və proqramlar vasitəsilə ciddi şəkildə tətbiq etmək

  • 9.2.5 :

    Maliyyə resurslarının balanslaşdırılmış mənimsənməsini təmin etmək məqsədilə büdcə planlaması, monitorinq və analizi optimallaşdırmaq

  • 9.2.6 :

    Səmərəlilikdən, şəffaflıqdan, hesabatlılıqdan faydalanmaq və universitet daxilində biznes proseslərini daha yaxşı tənzimləmək üçün Müəssisə Resurslarının Planlaşdırılması alətlərindən istifadəni optimallaşdırmaq

  • 9.3.1 : Tikilməkdə olan obyektləri tamamlamaq
  • 9.3.2 : İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin tam işlək vəziyyətə gətirmək üçün üçün lazım olan obyektləri və texnoloji infrastrukturu tamamlamaq
  • 9.3.3 :

    Müəllim və tələbə heyətinə daha yaxşı xidmət göstərmək imkanını artırmaq üçün Universitet Kitabxanasını genişləndirmək

  • 9.3.4 : İnnovasiya və sahibkarlıq mərkəzi kimi ADA Universiteti xaricində ictimaiyyətə və cəmiyyətə xidmət göstərən A-Laboratoriyasının əsasını qoymaq
  • 9.3.5 : Kampusun böyüməsi halında universitetin texnologiya planının davamlı və təkmil olmasını təmin etmək