ADA
Kampus

Bizim Kampusumuz

Binalar təkcə estetik görünüşdən ibarət deyil. Bu binaların daxili məkanının necə dizayn olunması vacibdir. Çünki binalar universitetin mədəniyyətini, ruhunu və buradakı mühiti əks etdirən məkanlardır. ADA Universiteti tələbələrin səhər gəldiyi, ancaq dərsdən dərhal sonra belə tərk etmək istəmədiyi məkandır. Bu, bir həyat tərzidir. Bura, gələcək diplomatların, biznes rəhbərlərinin və mühəndislərin birlikdə işləmək üçün yetişdirildiyi sosial mərkəzdir. Təcriddən yayınmaq üçün dizayn olunmuş yenilikçi memarlıq bu binaların əsas xüsusiyyətidir.

ADA Universitetinin kampusu regionda ilk olan yaşıl və ağıllı kampusdur. Bakıdakı əsas kampusdan əlavə, ADA Universiteti Fondunun Vaşinqton şəhərində də binası yerləşir.

ADA Bağları