ADA

İctmai və Beynəlxalq Münasibətlər Fakültəsi

Fakültənin təməli 2009-cu ildə qoyulub. İctmai və Beynəlxalq Münasibətlər fakültəsi fərqli mədəniyyətləri təmsil edən tələbə kollektivi və detallı işlənmiş hərtərəfli tədris proqramları ilə tələbələrin yüksək səviyyəli məzunlara çevrilməsi üçün maraqlı akademik mühit təklif edir. Bu mühit tələbələrə milli, regional və beynəlxalq məsələlərin getdikcə daha da aktuallaşdığı qloballaşan dünyada sıx əməkdaşlıq və effektiv ünsiyyətin vacibliyini dərindən anlamağa kömək edir.

Fakültə həll yönümlü düşünən, müxtəlif idarəetmə səviyyələrində üstün qlobal perspektivə malik peşəkarlar hazırlayır. Bizim məzunlar ictimai marağın etik və sosial məsuliyyətli formada qorunmasına nail olmaq istiqamətində tədris zamanı qazandıqları bilik və bacarıqları tətbiq edirlər.

Fakültə 2013-cü ildən Beynəlxalq İşlər üzrə Peşəkar İnstitutlar Assosiasiyasının üzvüdür (APSIA). "APSIA" dünyanın hər yerindən beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış aparıcı məzunları bir araya gətirir. "APSIA"ya Şimali Amerika, Avropa, Asiya, Latın Amerikası və Yaxın Şərq ölkələrinin üzv və aid olduğu institutlar daxildir. Bu qurumun üzvləri beynəlxalq münasibətlərdə peşəkar təhsil yolu ilə davamlı inkişafa və qarşılıqlı anlayışın, tərəqqinin, əmin-amanlığın və təhlükəsizliyin bərqərar olmasını dəstəkləyir.

Fakültə həmçinin ADA Universitetinin Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Aİ ilə bağlı təhsil və akademik tədqiqatların təşkili ilə məşğul olur. 2020-ci ilin sentyabrından etibarən Fakültənin Dosenti Dr. Anar Vəliyev "AI Jean Monnet Action" tərəfindən Aİ Araşdırmaları üzrə "Jean Monnet" Sədri təyin edilib. Bu titulla Avropa İttifaqının təhsil və tədqiqat sahəsində ixtisaslaşan universitet müəllimləri təltif olunur. Dr. Anar Vəliyev 3 illik fəaliyyəti dövründə tədqiqatçıların yetişdirilməsinə və Aİ üzrə tədqiqatlarının gücləndirilməsinə kömək edəcək. Bu müddət ərzində  tələbələr üçün də bir neçə təlim və seminarların keçirilməsi planlaşdırılır.

83.4%
UNDERGRADUATE

16.6%
GRADUATE

35.9%
MALE

64.1%
FEMALE

STUDENTS FROM
26 COUNTRIES

785 ALUMNI

Professor-müəllim heyəti

Fakültədə görkəmli alimlər və sahəsi üzrə uzunmüddətli təcrübəyə malik peşəkarlar, eləcə də ADA Universitetinin Biznes və İT və Mühəndislik fakültələrinin müəllimləri də daxil olmaqla, yüksək ixtisaslı müəllim heyəti tədris edir. Onların müştərək bilik və təcrübəsi gələcəyin yüksək intellektuala malik, həll yönümlü peşəkarlar hazırlamaq məqsədilə dərin və əsaslı proqramlar təklif etməyə imkan verir.

Administrativ heyət