ADA
Student Life

Get Involved

the

Özünüzü ənənələrə qərq edin

Bu illər ərzində ADA Universiteti özünün əsas dəyərlərini, missiyasını və məqsədini əks etdirən kampus miqyasında tədbirləri öz imzası ilə həyata keçirmişdir. Siz də bu özünəməxsus tədbirlərdə iştirak edərək və ya təşkilatçılığına kömək edərək ADA ənənələrinin bir hissəsi ola bilərsiniz.

Şərəf məcəlləsi mərasimi

Biz hər tədris ilinə Sentyabr ayının 15-də Böyük Çəmənlikdə Şərəf məcəlləsi mərasimi ilə başlayırıq. Bu, Azərbaycanda Bilik Gününə təsadüf edir. ADA Universiteti öz Şərəf Məcəlləsini özünün “konstitusiya”sı adlandırır – akademik ictimaiyyət, o cümlədən bütün professor-müəllim heyəti və tələbələr bu mərasimə dürüstlüklə öyrənmə və intellektual yüksəliş üçün əsas kimi baxırlar. ADA Şərəf məcəlləsi özlüyündə professor-müəllim heyətinin və tələbələrin davranışlarını istiqamətləndirmək üçün vacib olan qayda və prosedurları ehtiva edir. Mərasim zamanı bütün yeni professor-müəllim heyəti və tələbələr Şərəf Məcəlləsinə sadiq olacaqlarına söz verirlər. Fakültə ADA-nın fəxri kitabını, tələbələr isə ŞƏRƏF MƏCƏLLƏSİNİN vərəqəsini(pledge) imzalayırlar. Onlar heç vaxt yalan danışmayacağına, hiyləgərlik etməyəcəyinə(aldatmayacağına), köçürməyə yol verməyəcəyinə(plagiat, oğurluq), ayrı seçkilik etməyəcəyinə və başqalarına da bunları etməməsi üçün kömək edəcəyinə and içirlər. 





 

Qiymətləndirmə günləri

Akademik il oktyabr ayında ünsiyyət, əməkdaşlıq, sədaqət, tolerantlıq, həqiqət, minnətdarlıq və qarşılıqlı hörmət kimi dəyərlərin üstün tutulduğu minnətdarlıq(təşəkkür) həftəsinin daha bir ənənəsi kimi davam etdirilir. Həftənin günləri, ADA cəmiyyətinin bütün mühüm dəyərlərini qeyd edən, son günündə isə “Salam”, “Zəhmət olmasa”, “Bağışlayın” və “Təşəkkürlər” kimi sözləri vurğulamağa həsr olunmuşdur. Kampus boyunca əyləncəli fəaliyyətlər nəzakətli olmağı və yaxşı(nümunəvi) davranışa sahib olmağımızı xatırlatmaq üçün həftənin səmimi impulsudur.

Tələbə Hökumət seçkiləri

Hər payız semestrində, lisenziya və aspirant fakültələrindəki kampuslarda liderlik imkanları üçün fərqli mövqelər(perspektivlər) açılır. Bu fürsətlər namizəd olan və kampusda geniş müzakirələrdə iştirak edən tələbələr tərəfindən həyata keçirilir. Tələbə xidmətləri (Student services) idarəmizə tələbə hökumət seçkilərində kömək edir. ADA Tələbə Hökuməti prezident, vitse-prezident və müxtəlif məktəbləri təmsil edən və “COHORT” təsisçilərini təmsil edən məsləhətçilərdən(komandadan) ibarətdir. Tələbə hökuməti, tələbələrimizin maraqlarını müdafiə edir və ona uyğun hərəkət edir.

Karyera həftəsi və sərgisi

Karyera həftəsi və sərgisi

Fevral ayının sonunda ADA Universitetində İllik Karyera Həftəsi və Sərgisi keçirilir. Bir həftə davam edəcək tədbirdə məşğulluqda ən son tendensiyalar və sənaye perspektivləri ilə bağlı çoxsaylı panellər(stendlər), eləcə də müxtəlif işəgötürənlər tərəfindən təqdimatlar keçirilir. Karyera Həftəsi tələbələrimizə yeni istedadları işə götürməkdə maraqlı olan iştirakçı firmalar, şirkətlər və təşkilatlar tərəfindən diqqəti cəlb etmək üçün unikal imkan yaradır. Yüzdən çox şirkətin öz stendlərini nümayiş etdirdiyi Tələbə Mərkəzində keçirilən ADA Karyera Sərgisi tələbələrimizə potensial işəgötürənlərlə əlaqə qurmağa, iş yerləri və təcrübə imkanları haqqında məlumat əldə etməyə və vacib iş bacarıqlarından xəbərdar olmağa imkan verir.

Beynəlxalq festivallar

Beynəlxalq festivallar

Hər il keçirilən ADA Beynəlxalq Festivalı icmamızın mədəni müxtəlifliyini qeyd edir. Kampusda təmsil olunan bütün millətlər etnik yeməklər və əsərlər (artefaktlar) olan stendlərə ev sahibliyi edir və xalq geyimləri geyinirlər. Böyük Auditoriya(mız)da gün boyunca canlı ifalar olur. Festival tələbələrə kampusdan çıxmadan dünyanı gəzməyə imkan verir. ADA-da ən çox həyata keçirilən ənənələrdən biri olan Festival Beynəlxalq Tələbələr Ofisi tərəfindən təşkil olunur və Bakıda akkreditə olunmuş ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən dəstəklənir. Bu ailə yönümlü imza tədbiri hər il əziz xatirəyə çevrilir.

Novruz-Gənclər Festivalı

Novruz-Gənclər Festivalı

ADA ictimaiyyəti baharın gəlişini mart ayının ortalarında Novruz Gənclər Festivalı ilə qeyd edir. Sevimli milli bayramımızın festivalı üç min illik Azərbaycan adət-ənənəsinə və yaz gecə-gündüz bərabərliyinə görə adlandırılıb. Festival yaxınlıqdakı Dədə Qorqud parkında ağacəkmə mərasimi ilə başlayır və şəhərciyin Bayraq Meydanını “meydana”a çevirən şənliklərlə davam edir. Musiqi ifaları üçün səhnə qurulur, bayram xörəkləri və çay süfrəsi üçün çadırlar qaldırılır. Şagirdlər tonqal ətrafında rəqs edir və gələn mövsümdə bütün çətinlikləri aradan qaldırmaq üçün atəşin üstündən tullanmaqla bayramı yekunlaşdırırlar. Festival aralıq imtahanlarından(midterm exams) bir qədər əvvəl həyata keçirilir.

Vətəndaşlıq və Sosial Məsuliyyət Günü

Vətəndaşlıq və Sosial Məsuliyyət Günü

ADA Universiteti mayın ilk həftəsi Böyük Çəmənlikdə möhtəşəm tədbir ilə Hacı Zeynalabdin Tağıyev adına HZT mükafatının qaliblərini təltif edir. Eksklüziv rəsmi gecə tələbələr üçün ADA-nın dəyərlərinə uyğun geyinərək, onun vətəndaş fəallığı, özünü əks etdirmə və sahibkarlıq dəyərlərini qeyd etmə şansıdır. Mükafat iki kateqoriya üzrə verilir: Cəmiyyətin Çətinlikləri (problemləri) və Sənayenin Çətinlikləri problemləri. Bir çox ikincilər arasında üç ən yaxşı sosial məsuliyyət və üç ən yaxşı startap layihəsi qalib elan edilir. Layihələrə cavabdeh olan tələbə qrupları vətəndaşlıq və sahibkarlıq hissini təşviq etdikləri üçün pul mükafatları alırlar.

İnkluzivliyin ehtiva edin(qucaqlayın)

İnkluzivliyin ehtiva edin(qucaqlayın)

Ümumi dəyərlər birləşməsinə baxmayaraq, ADA Universitetinin hər bir tələbəsi unikaldır. Biz başa düşürük ki, hər kəsin uğur qazanmaq üçün fərqli ehtiyacları vardır. Müxtəliflik və Bərabər İmkanlar Ofisi bütün tələbələri dəstəkləyir. Fiziki məhdudiyyətli şəxslərə dəstəkdən tutmuş multikultural qruplara qədər, daha geniş müxtəliflik və xüsusi təşəbbüslər mühitini inkişaf etdirmək üçün kampusda tələbələr, müəllimlər və işçilərlə əməkdaşlıq edərək hamıya inkişaf etmək üçün imkanlar yaradır. Kampusumuz fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş ictimai yaşayış yerləri üçün bütün standartlara uyğun olaraq tikilmişdir. Fiziki məhdudiyyəti olub yaşayış yerlərinə ehtiyacı olan və ya əlçatımlılıqla bağlı sualları olan tələbələr Müxtəliflik və Bərabər İmkanlar Ofisi  ilə əlaqə saxlaya bilərlər.