ADA
Develop Your Career

Tələbələr

İnanırıq  ki, ADA Universitetində fəaliyyət göstərən Karyera İdarəetmə Mərkəzi  gələcək iş həyatınızı planlaşdırmaq  üçün təklif etdiyi bir çox faydalı resurslar sayəsində tez-tez üz tutacağınız sevimli məkana çeviriləcək.  Karyera İdarəetmə Mərkəzinin başlıca məqsədi tələbə və məzunlara gələcək iş fəaliyyətləri ilə bağlı məsələlərdə, həmçinin iş axtarılmasında köməklik göstərməkdir.  Mərkəz  tələbə və məzunların karyeralarını həyatları  boyu inamla idarə etmək üçün onları lazımi vasitələrlə, həmçinin doğru məsləhətlərlə  təmin edir.

ADA Univeristetinin hər bir  fakültəsində tələbələrə müvafiq məsələlərdə yardım edən karyera məsləhətçisi  fəaliyyət göstərir. Karyera məsləhətçiləri ADA-nın tələbə və məzunları üçün təcrübə və məşğulluq imkanlarını asanlaşdırmaq üçün işəgötürənlərlə sıx əməkdaşlıq edirlər.

KİM-nin təklif etdiyi  xidmətlər bunlardır:

  • CV və əhatə məktublarının(xasiyyətnamə, tövsiyyə məktublarının) yazılması və nəzərdən keçirilməsi
  • Karyera məsləhətçiliyi və ya mentorluq
  • Brendinq və şəbəkələşmə bacarıqlarının inkişafı
  • Təcrübə xarakterli müsahibələr
  • Karyera sərgisi və sənaye panelləri

Peşəkar  iş həyatınızda nə etmək istədiyinizi və buna necə nail olacağınızı müəyyənləşdirmək üçün doğru ünvan buradır.

İşəgötürənlər

Ölkədə universitet və sənaye əməkdaşlığının pionerlərindən biri kimi ADA Universiteti işəgötürənlərlə uzunmüddətli əlaqələrin qurulması, eləcə də şirkət, universitet və ölkənin rəqabət qabiliyyətinin artırılması üçün çalışır. Biz birlikdə gələcəyə sərmayə qoyur, insan kapitalının inkişafı vasitəsilə iqtisadi artıma və davamlı rifaha nail oluruq. Şirkətinizin ADA Universitetinin tələbələri ilə əlaqəsi belədir.

Cultivate

Siz ADA Universitetinin tələbələrinə təcrübə imkanlarını təmin etməklə onların çalışaraq öyrənməklərinə köməklik göstərməklə yanaşı şirkətiniz üçün potensial işçilər yetişdirirsiniz. Tələbələrimiz şirkətlərin fəaliyyətləri ilə bir başa tanış olur və  məzun olduqdan sonra çalışmaq istədikləri sahə ilə bağlı özlərini inkişaf etdirir,CV-lərini zənginləşdirir, eyni zamanda iş həyatına qatıldıqda  artıq təcrübəli olurlar. Sizin kimi şirkətlər yarımçıq  və  ya mürəkkəb layihələri tamamlamaq, həmçinin yeni işlərə başlamaq üçün yeni  insan resursları əldə edirlər. 

İşə götürmək

Tələbələrimiz gələcək liderlərdə axtardığınız keyfiyyətləri özlərində cəmləşdirən:  yüksək intellektə sahib,  problem həll etmə bacarığına malik, effektiv ünsiyyət quran, sıx əməkdaşlıq quran  etik vətəndaşlardır. Onlar tənqidi təfəkkür, ixtisasları üzrə dərin bilik, kəmiyyət əsaslandırılması, mürəkkəb problemlərin həll edilməsi, yaradıcı yanaşma, eləcə də komandada işləmə və ünsiyyət  qurma bacarığı, ingilis dilini güclü bilmək, aktiv dinləmə və iştirak etmə, özünüqiymətləndirmə, nəhayət, vətəndaş fəallığı kimi səriştələrə malikdirlər. Bunlar şirkətinizi inkişafa doğru aparacaq insani bacarıqlardır..

Employment Per Industry
TOP 9 EMPLOYMENT INDUSTRIES

Government & Public Administration

Educational Management & Services

Professional Services

Banking & Finance

Energy-Oil,Gas & Renewable

Financial services

IT

Insurance

IT & Telecommunication

0

students graduated since 2011

0

graduate students graduated

0

undergraduate students graduated

0

employed

%