ADA
Tədbirlər

4-cü ADA-Aİ Yay Düşərgəsi

4-cü ADA-Aİ Yay Düşərgəsi

Növbəti ADA-Avropa İttifaqı (Aİ) Yay Düşərgəsini açıq elan edirik.

Əvvəlki illərin təcrübəsini davam etdirərək, biz 4-cü ADA-Aİ Yay Düşərgəsini elan etməyimizdən məmnunluq duyuruq.

Yay düşərgəsi 11-15 yaş arası bütün məktəblilərin iştirak edə biləcəyi, elmi və əyləncəli fəaliyyətləri özündə cəmləşdirən unikal bir yer olacaqdır.

Əvvəllər olduğu kimi, Düşərgə 4 fərqli mövzuda təşkil olunacaq və 4 həftə ərzində keçiriləcəkdir.

Diplomatiya sənəti: 08-12 İyul 2019

IT sənəti: 15-19 İyul 2019

Sahibkarlıq və bankinq: 22-26 İyul 2019

İncəsənət və ətraf mühiti: 29 İyul – 02 Avqust 2019

ADA-Aİ Yay Düşərgəsi ADA Universiteti, Avropa İttifaqi Məsələləri üzrə Bilik Mərkəzi (CEEUS) və ADA Fondu tərəfindən birgə təşkil olunur. Sessiyalar ADA Universitetinin peşəkar heyəti və fərqli sahələrdə təcrübəyə malik mütəxəssislər, eləcə də müxtəlif Avropa səfirliklərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələri tərəfindən ingilis dilində təqdim ediləcəkdir. Nəzərinizə çatdırmaq istərdik ki, Mərkəzin şagirdin ingilis dili səviyyəsini yoxlamaq hüququ vardır.

Məktəblilər Yay Düşərgəsinin bir vəya daha artıq həftəlik sessiyalar üçün qeydiyyatdan keçə bilərlər. Bu düşərgə məktəblilərə cəmiyyətin müxtəlif sahələri haqqında biliklərini və dünyagörüşünü genişləndirmək, ünsiyyət, tənqidi təfəkkür və qərar qəbul etmə bacarıqlarını inkişaf etdirmək üçün unikal bir fürsət verəcəkdir. Düşərgə şagirdlərə istedadlarını nümayiş etdirmək, dostluq və intellektual mühitdə yeni dostlar qazanmaqlarına kömək edəcəkdir.

  • Sessiyalar ingilis dilindədir
  • Tədris materiallarının təmin olunması, nəqliyyat, səfərlər, çay və nahar fasilələri proqrama daxildir.
  • Hər sessiyada maksimum 35 iştirakçı olacaqdır

İştirakçılar sessiyanın sonunda sertifikat alacaqdırlar.

Müraciət etmə prosesi aşağıdakıdır:

  1. Bu linkdə formanı doldurun https://forms.gle/4YEy8iZKL7uXEjVi8
  2. Hansı həftənin seçildiyinizi əvvəlcədən seçmə Son tarixdən sonra göndərilmiş ərizələr qəbul edilməyəcəkdir.
  3. Formanı doldurulduqdan sonra qeydiyyatdan keçməniz və övladınızın proqrama seçilməsinin təsdiq olunması üçün Mərkəz tərəfindən sizinlə əlaqə saxlanılacaqdır. Övladınızın düşərgədə iştirakı ilə bağlı ADA Universiteti ilə müqavilə imzalamağınız tələb olunacaqdır. Müqaviləni imzalamazdan əvvəl, övladınızın neçə həftə iştirak etməsinə qərar verməlisiniz. Müqavilə imzalandıqdan və Düşərgənin başlamasından sonra əlavə həftə(lər) üçün qeydiyyatdan keçə bilməyəcəksiniz.
  4. İştirak barədə təsdiq aldıqdan sonra ödəniş etməli və ödəniş qəbzini bizə geri verməlisiniz.

Qeydiyyat üçün son tarix: 20 May 2019

Ödəniş etmək üçün son tarix: 5 İyun 2019

TƏHSİL HAQQI VƏ ÖDƏNİŞ

Həftəlik proqramın qiyməti: 400 AZN

  • Əgər ərizəçi bir həftədən çox müddətə qeydiyyatdan keçərsə – 350 AZN
  • Əgər eyni ailədən birdən artıq ərizəçi, bir həftədən çox müddət üçün qeydiyyatdan keçərsə - 300 AZN (hər bir ərizəçiyə bir həftə üçün)
  • ADA heyəti və fakültə üzvləri - 300 AZN
  • ADA Fondunun tərəfdaşları şirkətlərinin əməkdaşları - 350 AZN
  • ADA Universitetinin məzunlarının uşaqları - 350 AZN

Ödəniş müqaviləni imzalayan şəxs tərəfindən həyata keçiriləcəkdir. Bununla yanaşı, ödəniş edilərkən ödəniş formasında iştirakçının adı qeyd edilməlidir. Düşərgə başlayandan sonra qeydiyyatdan keçmiş lakin sessiyalarda iştirak etməyən iştirakçıların təhsil haqqı geri verilməyəcəkdir.

Əlavə məlumat üçün, ceeus@ada.edu.az ünvanına yazaraq və ya aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlayaraq bizə müraciət edə bilərsiniz.

  • Ödəniş:
  • Əlaqə:
Tədbir tipi: Universitet