ADA
Təhsil göstəriciləri haqqında

Tələbələrin Təhsil Göstəriciləri

ADA Universitetinin tələbələri ixtisas, seçmə və peşəkar inkişaf fənləri, həmçinin çoxşaxəli ümumi təhsil proqramı fənlərinin ətraflı öyrənilməsinə əsaslanan intensiv təhsil proqramı üzrə təhsil alırlar. Onlara təhsillərinin ayrılmaz tərkib hissəsini təşkil edən təcrübi və praktiki öyrənmə imkanları verilir. Bu akademik proqramın əsas məqsədi mühüm təhsil göstəricilərinə yiyələnmiş və yüksək nəticə göstərən məzunlar yetişdirməkdir.

Əsas peşəkar səriştələri və vətəndaşlıq dəyərlərini inkişaf etdirdikdən sonra ADA Universitetinin məzunları aşağıdakı 4 nəticəyə nail olurlar:
  • Yüksək İntellektli Həll Təminatçıları
  • Effektiv Ünsiyyət Bacarığı olan Peşəkarlar
  • Etik Davranış Qaydalarına Riayət edən Vətəndaşlar
  • Yaxın Əməkdaşlar

Tələbələrinin bu nəticələri əldə etmələrini asanlaşdırmaqla, ADA Universiteti passiv vətəndaşlar və sadəcə iş yerləri üçün işçilər deyil, yüksək nəticə göstərən və öz işini qurmağı bacaran məzunlar yetişdirdirir. Yüksək nəticə göstərən məzunlar öz ölkəsi qarşısında məsuliyyət hiss edən, onun rifahına və çiçəklənməsinə töhfə verən vətəndaşlardır. Bundan əlavə, onlar problemləri həll etmək, yeni və yaradıcı ideyalar irəli sürmək üçün öz bilik və bacarıqlarını yaradıcı və məsuliyyətli şəkildə tətbiq etməyə qadir və həvəsli peşəkarlardır. ADA Universitetinin təhsil proqramları tələbə mərkəzli və layihə əsaslı təlim və tədris əsasında qurulub. Bu təlim-tədris prosesi tələbənin yüksək nəticə göstərən məzun olması üçün tələb olunan peşəkar səriştələri və vətəndaşlıq dəyərlərini gücləndirir.

Yüksək nəticə göstərən məzunların yetişdirilməsinin məqsədi ADA Universitetinin qarşısında aşağıdakı öhdəlikləri qoyur:

1. intensiv təhsil proqramında yüksək nəticə göstərə bilən, ən bilikli və perspektivli tələbələri qəbul etmək

2. bu tələbələri analitik düşünmə, yaradıcı problem həll etmə və ya məsuliyyətli qərar qəbul etmə kimi zəruri keyfiyyətlərə malik peşəkarlar olaraq ölkənin əsas işçi qüvvəsinə çevirmək

3. bu tələbələri bacarıqlarını səmərəli şəkildə tətbiq edəcəkləri əmək bazarının bütün sektorlarına (sənaye, hökumət və idarəetmə, təhsil və tədqiqat müəssisələri) təqdim etmək