ADA
Əsas Bacarıqlar

Əsas Bacarıqlar və Təlim Nəticələri

ADA Universiteti öz missiyası, təhsil göstəriciləri və strategiyasından irəli gələn və bunlara uyğun olan Əsas Bacarıqlar toplusunu tərtib edib. Bu, xüsusi bacarıq və biliklər toplusudur və bu toplu tələbənin universitetdə olarkən yaxud məzun olduqdan sonra öz iş yerində bu cür bacarıqlarını nümayiş etdirməsi üçündür. Beləliklə, hər bir əsas bacarıq, proqramından asılı olmayaraq tələbələrin məzun olduqdan sonra da əldə etməli olduğu  arzuolunan təlim nəticəsini təsvir edir.

Təhsil Göstəricisi: Yüksək İntellektli Həll Təminatçıları

Bacarıq 1: Tənqidi düşüncə ilə məzmun bilikləri

Təlim nəticəsi: fənn sahəsində ədəbiyyatın məzmunu haqqında bilikləri inkişaf etdirmək; öz fənni üzrə bilikləri digər bilik sahələrinə tətbiq etmək; öz məlumat ehtiyaclarını müəyyən etmək; etibarlı məlumatı tanımaq; şəbəkələrdən və verilənlər bazalarından məlumat əldə etmək, idarə etmək və yaratmaq; həm milli, həm də qlobal səviyyədə müasir problemlərin öyrənilməsi, təhlili, sintezi və qiymətləndirmək.

Bacarıq 2: Kəmiyyət əsaslandırması

Fikir və məsələləri qiymətləndirmək üçün məlumatlardan istifadə etmək; riyazi anlayışları kəmiyyət məlumatlarının şərhinə və təhlilinə tətbiq etmək; bu cür tətbiqə əsaslanaraq çoxsaylı problemləri həll etmək.

Bacarıq 3. Problemlərin kompleks həlli

Təlim nəticəsi: Problemin olduğunu anlamaq və nəyinsə səhv olduğunu və ya səhv getmə ehtimalını müəyyən etmək; məlumatın hissələrini birləşdirmək və ümumi qaydalar və ya nəticələr yaratmaq və/və ya məntiqli cavablar hazırlamaq üçün xüsusi problemlərə ümumi qaydaları tətbiq etmək; problemlərə alternativ həllərin, nəticələrin və ya yanaşmaların güclü və zəif tərəflərini müəyyən etmək üçün məntiq və əsaslandırmadan istifadə etmək.

Bacarıq 4: Yaradıcılıq

Təlim nəticəsi: Verilmiş situasiya haqqında qeyri-adi və ya ağıllı fikirlər irəli sürmək və/yaxud problemi həll etmək üçün orijinal yollar hazırlamaq.

Təhsil Göstəricisi: Yüksək İntellektli Həll Təminatçıları
Təhsil Göstəricisi: Yaxın Əməkdaşlar

Bacarıq 5. Müxtəliflik və komanda işi

Təlim nəticəsi: Müxtəlifliyi əks etdirən, çoxşaxəli və multikultural mühitlərdə səmərəli işləmək; müxtəlif fikirlərə və perspektivlərə hörmətlə yanaşmaq və anlamaq; fərqli mədəniyyətləri və baxışları qiymətləndirmək; tapşırıqları birgə yerinə yetirmək, emosional zəka nümayiş etdirmək, fərqləri uzlaşdırmağa və liderliyi bölüşməyə çalışmaq.

Təhsil Göstəricisi: Yaxın Əməkdaşlar
Təhsil Göstəricisi: Effektiv ünsiyyət bacarığı olan peşəkarlar

Bacarıq 6. Təkmilləşdirilmiş ünsiyyət bacarığı

Təlim nəticəsi: Məlumatlandırma, inandırma və fikrin ifadə olunması məqsədləri üçün şifahi və yazılı ünsiyyət qurmaq, eyni zamanda mənanın çatdırılması və auditoriya ilə əlaqə qurmaq üçün effektiv, məntiqli və aydın yazmaq və əyani vasitələrdən,yəni bədən dili, intonasiya və digər qeyri-şifahi elementlərdən istifadə etmək.

Bacarıq 7. Güclü ingilis dili biliyi

Təlim nəticəsi: İngilis dilindən linqvistik, mədəni, sosial və akademik kontekstlərdə inamla və peşəkar istifadə etmək bacarığı; yazılı cümlələri, paraqrafları və mürəkkəb məzmunu başa düşmək.

Bacarıq 8. Aktiv dinləmə və iştirak

Təlim nəticəsi: Başqalarının dediklərinə tam diqqət yetirmək, deyilənləri başa düşmək üçün vaxt ayırmaq, lazımi suallar vermək, uyğun olmayan vaxtlarda sözünü kəsməmək və əsaslı arqumentlər irəli sürərək auditoriya müzakirələrində iştirak etmək bacarığı.

Təhsil Göstəricisi: Effektiv ünsiyyət bacarığı olan peşəkarlar
Təhsil Göstəricisi: Etik davranış qaydaların riayət edən vətəndaşlar

Bacarıq 9. Etika və özünütəhlil

Təlim nəticəsi: Etik problemləri müəyyən etmək və bu problemləri sosial məsuliyyətli şəkildə həll etmək; vicdanla hərəkət etmək; öz dəyərlərini araşdırmaq və özünü cəmiyyətin fərdi kimi ümumi kontekstdən analiz etmək.

Bacarıq 10. Vətəndaş fəallığı

Təlim nəticəsi: İnsanlara kömək etmək yollarını fəal şəkildə axtarmaq; cəmiyyət haqqında məlumatlı olmaq və dəyərlərə və fərdlərə hörmət göstərmək; ictimai maraq və sosial ədalətlə bağlı məsuliyyətli davranış sərgiləmək

Təhsil Göstəricisi: Etik davranış qaydaların riayət edən vətəndaşlar