ADA
Kampus

Binalar

Binalar təkcə estetik görünüşdən ibarət deyil. Bu binaların daxili məkanının necə dizayn olunması vacibdir. Çünki universitetin mədəniyyətini, ruhunu və mühitini inkişaf etdirməyə kömək edəcək vasitə məkandır. ADA Universiteti tələbələrin səhər gəldiyi, ancaq dərsdən dərhal sonra tərk etmədiyi həyat tərzidir. 

Bura, gələcək diplomatların, biznes rəhbərlərinin və mühəndislərin birlikdə işləmək üçün yetişdirildiyi sosial mərkəzdir. Təcriddən yayınmaq üçün dizayn olunmuş
yenilikçi memarlıq bu binaların əsas xüsusiyyətidir.