ADA
Kampus

B Akademik Binası

Bu bina Sokratçılıq fəlsəfəsini əks etdirir. Bu binadakı məkanlar öyrənməyi həyat tərzinə çevirir. Məclis otağı iştirakçılığı və fikir mübadiləsini təşviq edir. Baş Assambleya peşəkar və ciddi söhbətlərin, müzakirələrin məkanı kimi fəaliyyət göstərir. Koridorlar güclü estetik məna təcəssüm etdirir. Professor-müəllim heyəti və idarəçilər tələbələr arasında bu məkanlarda gəzir. Bu məkanlar tələbələrimizin uğur qazanmasına hər vasitə ilə kömək edir.