ADA
Kampus

Məclis Otağı

Məclis kürə şəklindədir. Möhtəşəm pilləkənlər tələbələri və qonaqları ikinci mərtəbənin eyvanından istirahət otağı, skamyalar, amfiteatr və mərkəzdə səhnə olan əsas mərtəbəyə aparır.

Hamımızın toplaşdığımız bir mərkəz. Geniş bir məkan. Yeni ideyalar dünyasına giriş qapısı. Bu, ilk olaraq ADA-ya daxil olduğumuz yerdir, bura uzun illər ərzində hər gün hərəkətin kəsişdiyi, öyrəndiyimiz , dünya müdriklərinin bizimlə danışdığını eşitdiyimiz, fəaliyyətdə prinsipial liderlərə çevrilmək üçün danışdığımız yerdir.

Məclisdə hörmətli qonaqlar, professorlar, həmyaşıdlarımız qeyri-rəsmi şəkildə toplaşıb müzakirə aparır, biz isə onları balkondan, pilləkənlərdən dinləyirik, istər yerdəki oturacaqlarımızdan, istərsə də pilləkənin yuxarı hissəsindən cəsarətlə və yüksək səslə cavab veririk,. Məclis Sokratik mühitdir. 

360