ADA
Kampus

D'Stresso: Tələbə Mərkəzi Kafesi

"D'Stresso" adlı Tələbə Mərkəzi Kafesi əsas yemək zalının normal iş saatlarından artıq açıq olur. D'Stresso tələbələrimiz və cəmiyyətimiz arasında sosial qarşılıqlı əlaqəni artırmaq üçün nəzərdə tutulmuşdur. Burada tələbələrin istirahət edə bilmək, fərdi və ya qrup halında çalışa bilmək, bir fincan çay və ya kofe içərək söhbət edə bilmək imkanları var.

Salondakı oturacaqlar Atriumun içərisində də davam edir. Ortadakı kommunal masa sosial qarşılıqlı əlaqəyə dəvət edir və şəbəkə qurmaq üçün əla imkan yaradır. Tələbələr həmçinin Tələbə Mərkəzinin Kafesində təzə meyvə, çips və s. kimi əsas tələbat mallarını da ala bilərlər. Bank ehtiyacları üçün bankomat mövcuddur.