ADA
Kampus

Qrup İşi Otağı

ADA qarşılıqlı əlaqə və iştirakın, komanda işi və əməkdaşlığın, şəbəkələşmənin təşviq edildiyi bir mədəniyyətdir. ADA fərdi diqqətə sahib səmimi cəmiyyətdir. Biz hamımız böyük bir ailəyik. Biz birlikdə və bir-birimizdən öyrənirik. Beləliklə, qrup tədris otaqları və istirahət otaqlarımız var. Burada biz bir-birimizə yaxın otururuq, yad mədəniyyətlərə və fərqliliklərə tolerantlığı öyrənirik. Ancaq ən çox diqqətimizi özümüzə yönəltməyi öyrənirik. Sübut etmək istəyirik ki, bir insanın digərinə hörmət etməsi, bir-birini dinləməsi, eşitməsi, birinə pərəstiş etməsi, onun ətrafında birləşməsi tamamilə mümkündür. “Mən də” müsabiqəsini bitirmək istəyirik.

Qrup İşi Otaqları və Salonları komanda işi və əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmışdır. Hər otaq 6 tələbə qrupu üçün təchiz olunmuşdur. Tələbələr dərsdən sonra özlərinin komanda layihələri üzərində işləmək və birlikdə çalışmaq üçün bu otaqlarda görüşürlər. Kampus ərazisində təxminən 25 qrup tədris otağı mövcuddur.

360