ADA
ADA MƏKTƏBİ

ADA Məktəbi

2019-cu ildə qurulan ADA Məktəbi 10-cu və 11-ci sinif şagirdlərinə ingilis dilində təhsil imkanı təklif edir. Məktəbin tədris proqramı Azərbaycan Respublikasının Milli Kurikulumuna və ADA Universitetinin təcrübəsinə əsaslanır. Tədris proqramı ümumi biliklərlə yanaşı, səriştə və dəyərlərin formalaşmasını da təmin edir. 

Məktəbdə şagirdlər həm akademik baxımdan universitet illərinə daha hazırlıqlı yetişdirilir, həm  də onların  XXI əsrin tələblərinə cavab verən ünsiyyət, komanda işi, yaradıcı və analitik  düşüncə kimi bacarıqları inkişaf etdirilir. 

Geniş dünyagörüşü, zəngin akademik biliklərə və bacarıqlara malik olan məktəb məzunları Dövlət İmtahan Mərkəzi (DİM) və ya SAT imtahanları vasitəsilə universitetlərə daxil olarkən yüksək rəqabət qabiliyyətinə sahib olurlar. ADA Məktəbinin məzunları həmçinin ADA Universitetinə xüsusi şərtlərlə daxil olmaq hüququna malikdirlər.




 

Bizim Missiyamız, Vizionumuz, Məqsədlərimiz, Dəyərlərimiz və Təlim Fəlsəfəmiz

Bizim Missiyamız

Biz birgə fəaliyyət göstərərək bütün dünyada orta məktəb təhsili sahəsində ən yaxşı təcrübələri tədqiq edən, onları yerli şəraitlə uyğunlaşdıran pedaqoqlarıq. Müxtəlif fənlərdə ən son yenilikləri müəyyənləşdirir və şagirdlərin koqnitiv, emosional və fiziki inkişafını dəstəkləyən tədris proqramları hazırlayaraq onları tətbiq edirik.

Biz şagirdlər və müəllimlər üçün maraqli bir əməkdaşlıq mühiti təmin edirik ki, bu mühitdə onlar müxtəlif sahələr üzrə birgə öyrənməkdən, kəşf etməkdən və yenilik etməkdən eyni dərəcədə həzz ala bilsinlər.

Vizyonumuz

Şagirdlərin həm ali təhsilə, həm də bir-biri ilə əlaqəli qlobal iqtisadiyyata hazırlayan bir mühitdə təhsil almalarına xüsusi diqqət yetirərək Azərbaycanda nümunəvi orta məktəb olmağı hədəfləyirik.

ADA Universitetinin missiyasına sadiq qalaraq, ADA Məktəbinin də əsas məqsədlərindən biri yüksək intellektual həlləri ortaya qoya bilən şəxslər yetişdirməkdir. Bu şəxslər mədəniyyətini və vətəndaşlıq mənsubiyyətini qoruyaraq dünya ictimaiyyəti ilə sıx əməkdaşlıq edən, effektiv şəkildə əlaqə qura bilən tərəfdaşlar olmalıdırlar.

Məqsədlərimiz

-Akademik dil olaraq ingilis dilində güclü ünsiyyət bacarıqları

-Humanitar və təbiət elmləri sahələrində dərin məzmun bilikləri və tənqidi düşüncə

- Rəqəmsal düşüncə

-Milli dil, tarix və  mədəniyyət sahəsində səriştə və özünə inama sahib olmaq

-Xarici dil, onun tarixi və mədəniyyəti haqqında biliklər

-Yaradıcılıq, etika və vətəndaş fəallığı

Dəyərlərimiz

- Akademik mükəmməllik

- Hesabatlılıq və birgə idarəetmə

- Şərəf, dürüstlük və şəffaflıq

- Müxtəliflik, əməkdaşlıq və ünsiyyət

- Sosial məsuliyyət


Təlim Fəlsəfəmiz

Təlim fəlsəfəmiz şagirdləri öyrənməyə həvəsləndirmək, yeni biliklərin kəşfində onları müəllimləri ilə birgə fəaliyytə cəlb etmək, qazandıqları bilik və bacarıqları  real və ya gözlənilməz şəraitdə tətbiq etməyə,sınaqdan keçirtməyə təşviq etməkdir. Təlimimizdə bilik bir vasitədir, səriştə isə son nəticədir.

Tədris proqramımız

Bizim tədris proqramımız ana dilində geniş bilik və bacarıqlara malik olan, ingilis dilində sosial, mədəni və akademik kontekstlərdə sərbəst şəkildə özünü ifadə edən, eyni zamanda ən azı bir əlavə xarici dil bilən, tarix, coğrafiya, dil və mədəniyyət biliklərinə əsaslanaraq dünya problemlərinə yaradıcı həllər təklif edən, "ADA-lılar" kimi tanınan təhsilalanların hazırlanmasına yönəlmiş səriştə əsaslı bir proqramdır. Proqramımız elm və texnologiyadan səlist anlayan, real dünya haqqında analizlər apararaq nəticələr əldə etmək üçün bilikləri toplaya bilən, əlaqələndirə və şərh edə bilən kəslər yetişdirir. Məktəb kurikulumu yuxarıdakı məqsədlərə altı istiqamət üzrə nail olur. 



Şagirdlər və valideynlər üçün məktəb kitabçası
 

Qəbul Prosesi

ADA Məktəbi yalnız 10-cu sinfə müraciətləri qəbul edir.

2024-2025 tədris ili üçün son müraciət tarixi: 25 İyun, 2024

ADA Məktəbinə qəbul üç mərhələdən ibarətdir:

  1. İngilis dili sertifikatının əldə edilməsi;
  2. Onlayn ərizə formasının doldurulması və sənədlərin onlayn şəkildə yüklənməsi (ingilis dili sertifikatı daxil olmaq şərti ilə);
  3. Riyaziyyat fənnindən imtahan nəticələrinin təqdim edilməsi.

Birinci mərhələ - İngilis dili sertifikatının əldə edilməsi

Milli Kurikulum üçün: 

ADA Məktəbinə qəbul üçün aşağıda adları qeyd olunan imtahanlar üzrə müəyyən səviyyədə ingilis dili biliyi tələb olunur:

  • "Duolingo" onlayn ingilis dili testi - 85 bal və yuxarı
  • "IELTS Academic" - 5.0 bal və yuxarı
  • "TOEFL IBT" - 55 bal və yuxarı

"IB" Diplom Proqramı üçün:

"Duolingo" - 115 bal və yuxarı (Yazı bölməsi üçün 85-105 bal)

"IELTS"- 6.0 bal və yuxarı (Yazı bölməsi üçün 5.5-6.5 bal)

"TOEFL" - 92 bal və yuxarı (Yazı bölməsi üçün 18-24 bal)

İkinci mərhələ - Onlayn ərizə formasının doldurulması

ADA Məktəbinə müraciət etmək üçün Elektron ərizə forması aşağıdakı sənədlərlə birlikdə doldurulmalıdır:

  • 9-cu sinfin yarımillik qiymət cədvəli;
  • Şəxsiyyət vəsiqəsi (Azərbaycan vətəndaşları üçün) və yaxud Pasport (xarici vətəndaşlar üçün);
  • Doğum haqqında şəhadətnamə;
  • Fotoşəkil (3x4);
  • İngilis dili sertifikatı ("Duolingo" və ya "IELTS Academic" və ya "TOEFL IBT");
  • Ərizə haqqı 50 AZN (Ödəniş yalnız onlayn şəkildə kart vasitəsilə mümkündür).

Qeyd: Ərizə formasını doldurarkən şagirdlərin təhsil almaq istədiyi proqram müvafiq olaraq seçilməlidir (Milli kurikulum və ya "IB" Diplom proqramı).

Üçüncü mərhələ - Riyaziyyat fənnindən imtahan nəticəsinin təqdim edilməsi

ADA Məktəbinə Azərbaycanda yerləşən ümumi təhsil məktəblərindən müraciət edən namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanında riyaziyyat fənni üzrə topladıqları balı təqdim etməlidirlər.

Azərbaycan xaricində təhsil alan 9-cu sinfi şagirdləri ADA Məktəbi tərəfindən keçirilən daxili riyaziyyat imtahanına dəvət olunacaqlar.

Riyaziyyat fənni üzrə minimum keçid balı 60 bal təşkil edir. 

Təhsil Haqqı və Xərclər

ADA Məktəbində təhsil ödənişlidir. İllik təhsil haqqı Milli Kurikulum üçün 8.000 AZN, "IB" Diplom Proqramı üçün 11.000 AZN təşkil edir. Təhsil haqqına kitablar, dərs ləvazimatları, nahar və digər xərclər daxil deyil.

Qazanılmış təqaüd

Bu təqaüd yalnız ADA Məktəbinə qəbul olmamışdan əvvəl yüksək akademik nailiyyətlər əldə edən şagirdlərə verilir.

9-cu sinifdə Respublika fənn olimpiadalarında 1-ci, 2-ci və ya 3-cü yerləri qazanmış şagirdlər minimum illik akademik göstəricini ("GPA") 3 bal saxladıqları təqdirdə ADA Məktəbində Milli Kurikulum üzrə oxuduqları müddət ərzində təhsil haqqına 100% güzəşt əldə edəcəklər. Yuxarıda göstərilən tələblərə cavab verməyən şagirdlər növbəti tədris ilində təqaüd almaq hüququnu itirirlər.

Bizimlə əlaqə

Əlavə suallarınız var? Telefon və ya e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın.

Tel: (+994 12) 437 32 35 (205)

E-mail: school@ada.edu.az