ADA
Fəxri Dərəcələr

Fəxri Dərəcə Alanlar

ADA Universiteti aşağıda qeyd olunan xüsusiyyətləri ilə tələbələrimizi ruhlandıran,əməlləri ilə fərqlənən, bacarıqlı şəxslərə fəxri dərəcələr təqdim edir. Bu dərəcə aşağıdakılar nəzərə alınmaqla təqdim edilir:

  • sahəsi üzrə üstün nailiyyət əldə edən
  • dövlət xidmətinə olan dərin bağlılığını nümayiş etdirən
  • nümunəvi vətəndaş kimi xidmət edən
  • dürüstlük, ləyaqət, davamlı öyrənmə və zəhmətkeşliyin dəyərini əməli ilə təcəssüm etdirən

Fəxri dərəcələrə namizədlərin təqdimatları Rektorluq tərəfindən qəbul edilir və Universitet Senatı tərəfindən nəzərdən keçirilir. Namizədliyi müsbət qiymətləndirilən şəxslər andiçmə mərasimində fəxri dərəcə diplomu ilə təltif olunurlar.

ADA Universitetinin Rektoru diplom vermək üçün yeganə səlahiyyətli şəxsdir. Universitet heç vaxt qiyabi qaydada dərəcə vermir.

Universitetin İdarəetmə heyətinin üzvləri, professor-müəllim heyəti və işçiləri təqaüdə çıxdıqdan sonrakı bir il ərzində fəxri dərəcə almaq hüququna malik deyillər.

2006-cı ildən ADA Universiteti bir neçə fəxri dərəcələr təltif etmişdir. Universitet Senatının məsləhəti və ona həvalə edilmiş səlahiyyət əsasında Rektor aşağıdakı təltif olunan şəxslərə “Fəxri doktor” dərəcələri verib:

Tomas Qolts

Tomas Qolts

2020-ci il

Məşhur amerikalı analitik

Azərbaycan və  Xəzər regionu ilə bağlı tədqiqatlarına və görkəmli nəşrlərinə, eləcə də Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə göstərdiyi mühim töhfələrinə görə Fəxri Doktor

Cefri Saks

Cefri Saks

2019-cu il

Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin (Nyu-York) direktoru

İctimai siyasət və iqtisadiyyat sahələrində töhfələrinə görə Fəxri Doktor

Emoməli Rəhman

Emoməli Rəhman

2018-ci il

Tacikistan Respublikasının prezidenti

Fəxri Doktor

Əmr Musa

Əmr Musa

2017-ci il

Ərəb liqasının baş katibi

Dünyada sülhün və sabitliyin inkişafına verdiyi töhfələrə görə Fəxri Doktor

Abdullah Gül

Abdullah Gül

2015-ci il

Türkiyə Respublikasının sabiq prezidenti

Elm və təhsilin inkişafında, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin təşviqinə göstərdiyi xidmətlərinə görə Fəxri Doktor

Frederik Star

Frederik Star

2014-cü il

Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının sədri

Elmin və təhsilin inkişafında, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının xalqları arasında ikitərəfli əlaqələrin təşviqindəki nailiyyətlərə görə humanitar elmlər üzrə Fəxri Doktor

Anatoliy Torkunov

Anatoliy Torkunov

2014-cü il

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru

Elmin və təhsilin inkişafında, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin təşviqindəki xidmətlərinə görə Fəxri Doktor