ADA
JOBS

ADA İBTİDAİ MƏKTƏBİ, MƏSLƏHƏTÇİ VAKANSİYASI

|

Vakansiya haqqında

Məsləhətçi müsbət və inklüziv məktəb mühiti yaratmaqda və şagirdlərin sosial, emosional və akademik sahələrdə yaranan ehtiyaclarını dəstəkləməkdə mühüm rol oynayır. Şagirdlərin uğurunu təşviq etmək məqsədi ilə məsləhətçi işçi heyət, müəllimlər, şagirdlər və valideynlərlə əməkdaşlıq edir. Məsləhətçi şagird həyatının bütün aspektlərinə inteqrasiya edilmiş maarifləndirmə, profilaktika, və müdaxilə xarakterli xidmətləri yerinə yetirir.

Öhdəliklər

  • İndividual və qrup görüşləri keçirməklə şagirdlərin şəxsi, sosial, emosional, təhsil və davranış problemlərini aşkar edib həll yollarını təklif etmək.
  • Müəllim, valideyn və işçi heyətlə əməkdaşlıq edərək şagirdin ehtiyaclarını müəyyən edib, müdaxilə və dəstək planlarını hazırlamaq.
  • Uşaqların sosial və emosional ehtiyaclarını qarşılamaq məqsədi ilə valideynlərə dəstək təklif etmək.
  • Öyrənmə bacarıqların inkişafı, özünə hörmət, münaqişələrin həll edilməsi, bulinq və s. mövzularda şagirdlərə təlimlər keçirmək.
  • İnkişafetdirici, təhlükəsiz və dəstəkləyici məktəb mühitini təşviq etmək məqsədi ilə məktəb miqyasında təşəbbüslər həyata keçirmək.

Tələblər

  • Psixologiya və ya Pedaqoqika ixtisası üzrə ali təhsil
  • Azyaşlı şagirdlərlə məktəb şəraitində ən azı 2 il iş təcrübəsi
  • Şagirdlər, valideynlər və həmkarlar ilə yaxşı ünsiyyət qurmaq bacarığı
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
  • İngilis dili biliyi üstünlükdür

Namizədlərdən aşağıda göstərilən sənədlərin, recruitment@ada.edu.az elektron ünvanına göndərilməsi tələb edilir.  Məktubun mövzu hissəsində vakansiyanın adı qeyd edilməlidir;

  1. CV-nin giriş hissəsində vəzifəyə uyğun olduğunuzu əsaslandırmalı və uyğun bacarıqlarının xülasəsi qeyd olunmalıdır;
  2. İki nəfər rəyçinin əlaqə məlumatları.

Müraciət üçün son tarix 10 may 2024-cü il. Yalnız işə qəbul prosesin ilk mərhələsindən uğurla keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

Geri

* - These fields are required.

1

+ Yenisini əlavə et