Education Management (in Azerbaijani)

Təhsil üzrə menecment

Təhsil üzrə menecment ixtisası təhsilin müxtəlif pillələri və sahələri üzrə idarəçilər yetişdirir. Azərbaycan dilində tədris olunan bu magistr ixtisası 2 illik qiyabi proqramdır. Tədris payız semestrində 3 dəfə Qazaxda, yaz semestrində 2 dəfə Qazaxda və 1 dəfə Bakıda olmaqla ənənəvi formada, qalan vaxtlar isə onlayn aparılır. Tədris müddətində ixtisas fənləri ilə yanaşı, akademik məqsədlər üçün ingilis dili dərsləri də keçirilir.

Proqramda tədris real beynəlxalq nümunələrə əsaslanaraq təhsilin idarə edilməsi üçün zəruri olan hüquqi, iqtisadi, maliyyə və idarəçilik üzrə mövzuları əhatə edir. Proqramın əsas üstünlüklərindən biri də ixtisas təhsili ilə yanaşı, akademik məqsədlər üçün ingilis dilinin tədrisidir.

Qəbul şərtləri

Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə biləcəklər.

Müraciət prosesi:

Elektron ərizəyə əlavələr:

  • Namizədin bu proqrama müraciət səbəblərini və gələcək karyera planlarını ifadə edən 300-500 sözlük inşa
  • Bakalavr diplomu və diploma əlavə
  • Şəxsiyyət vəsiqəsi
  • CV
  • Fotoşəkil

Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq.

Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel

İkinci mərhələ üzrə sənəd qəbulu aparılmır.

0
0
0
0
0
0
0

Contact Us

Have more questions? Contact us by phone or e-mail.

Tel: (+994 12) 437 32 35 (306)

E-mail: