Teaching and Learning (in Azerbaijani)

Təlim və tədrisin təşkili və metodikası

Təlim və tədrisin təşkili və metodikası ixtisası sinifdə öyrənmə prosesini təkmilləşdirmək üçün müəllimlərə lazım olan bilik və bacarıqları öyrədir. Məzunlar müasir tədris texnologiyaları tətbiq edən, sinfi düzgün idarə etməyi bacaran, sinif otağında tələbələrlə birgə öyrənməyi hədəfə alan müəllimlər kimi yetişirlər.

Azərbaycan dilində tədris olunan bu magistr ixtisası 2 illik qiyabi proqramdır. Tədris payız semestrində 3 dəfə Qazaxda, yaz semestrində 2 dəfə Qazaxda və 1 dəfə Bakıda olmaqla ənənəvi formada, qalan vaxtlar isə onlayn aparılır. Tədris müddətində ixtisas fənləri ilə yanaşı, akademik məqsədlər üçün ingilis dili dərsləri də keçirilir

Qəbul şərtləri

Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə biləcəklər.

Müraciət prosesi:

Elektron ərizəyə əlavələr:

  • Namizədin bu proqrama müraciət səbəblərini və gələcək karyera planlarını ifadə edən 300-500 sözlük inşa
  • Bakalavr diplomu və diploma əlavə
  • Şəxsiyyət vəsiqəsi
  • CV
  • Fotoşəkil

Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq.

Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel

İkinci mərhələ üzrə sənəd qəbulu aparılmır.

0
0
0
0
0
0
0

Contact Us

Have more questions? Contact us by phone or e-mail.

Tel: (+994 12) 437 32 35 (306)

E-mail: