Public Administration (in Azerbaijani)
Dövlət İdarəetməsi
Azərbaycan dilində tədris olunan bu magistratura ixtisası 2 illik qiyabi proqramdır. Proqramın ənənəvi dərsləri bir semestr ərzində 4 modul, hər modulda 9 gün olmaqla ADA Universitetinin Qazax Mərkəzində keçirilir. Ənənəvi dərslərlə yanaşı, tədrisin ilk ilində tələbələrə akademik məqsədlər üçün onlayn ingilis dili dərsləri tədris edilir.
Bu tətbiqi proqramın əsasını dövlət qulluğunda uğurlu fəaliyyət üçün lazım olan biliklərlə yanaşı, tədqiqat, data əsaslı qərarvermə, maliyyə savadlılığı və kommunikasiya kimi praktiki bacarıqlar təşkil edir.
Əyani modulların 2023-2024-cü tədris ili üçün cədvəli ilə buradan tanış ola bilərsiniz.
Qəbul şərtləri
Namizədlər Azərbaycandakı mövcud magistraturaya qəbul qaydalarına uyğun olaraq bu proqrama müraciət edə biləcəklər.
Müraciət prosesi:
- DİM tərəfindən keçirilən qəbul imtahanlarında minimum 45 bal
- ADA Universitetinin elektron ərizə forması: www.ada.edu.az/en/apply
- Management
- Economics and Finance
Elektron ərizəyə əlavələr:
- Namizədin bu proqrama müraciət səbəblərini və gələcək karyera planlarını ifadə edən 300-500 sözlük inşa
- Bakalavr diplomu və diploma əlavə
- Şəxsiyyət vəsiqəsi
- CV
- Fotoşəkil
Sənədlərə ilkin baxışdan sonra yekun seçim müsahibə vasitəsilə olacaq. Dövlət qurumlarında iş təcrübəsi olan namizədlərə seçim prosesində üstünlük veriləcək.
Birinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 aprel
İkinci mərhələ sənəd qəbulu üçün son tarix: 1 iyun