ADA
Events

Beynəlxalq Sahilyanı Təmizlik Günü

Beynəlxalq Sahilyanı Təmizlik Günü

ADA Universiteti sentyabr ayının 21-də Bakının Zaqulba (Zuğulba) çimərliyində keçiriləcək Beynəlxalq Sahilyanı Təmizlik aksiyasında iştirak edəcək. Tədbir Coca-Cola və ətraf mühitin qorunmasına önəm verən digər tərəfdaşlar tərəfindən təşkil edilir.  Tədbirdə iştirak etmək istəyən hər kəsin sentyabrın 21-i saat 08:30-da Gənclik metrosunun yaxınlığında yerləşən Atatürk parkının girişində toplaşması xahiş edilir (nəqliyyat təmin ediləcək). Təmizlik aksiyası Zaqulba çimərliyindəki müəyyən edilmiş ərazidə könüllülərin iştirakı ilə keçiriləcək.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarının, ASAN Dövlət Agentliyini sədrinin, ABŞ-ın ölkəmizdəki səfirliyi və Avropa İttifaqı ölkələrinin səfirlərinin iştirakı da gözlənilir.

 

 

  • Open to : Public
  • Cost : Free
  • Contact :
Event type: Student