ADA
Events

ADA Universitetində növbəti Məlumat sessiyası: Bu dəfə fərqli formatda

ADA Universitetində növbəti Məlumat sessiyası: Bu dəfə fərqli formatda

ADA Universitetində magistratura proqramları və qəbul şərtləri ilə maraqlananları növbəti Məlumat sessiyamıza dəvət edirik.

Məlumat sessiyasında aşağıda qeyd edilən proqramlar üzrə məlumat əldə edəcəksiniz:

Diplomatiya və Beynəlxalq münasibətlər
Dövlət idarəetməsi
Təhsil üzrə menecment
Pedaqogika
Biznesin idarə edilməsi (MBA)
Maliyyə üzrə MBA (MGIMO Universiteti ilə ikili diplom proqramı)

Bu dəfəki məlumat sessiyasında ADA Universitetinin ötən il təsis etdiyi Tədqiqat Təqaüdü ("Graduate Assistanship") barədə də məlumat veriləcək.

Məlumat sessiyası zamanı Tədqiqat Təqaüdünü qazanan, hazırda birinci kursda təhsil alan ADA tələbələri ilə tanış olmaq və onların da təcrübələrini öyrənmək fürsəti əldə edəcəksiniz.

Əlavə məlumat: 012 437 3235 (daxili 307)

  • Cost: Free
  • Contact: events@ada.edu.az
Event type: Admission