ADA
Events

Natiqlik və Liderlik Bacarıqları

Natiqlik və Liderlik Bacarıqları

Auditoriya qarşısında çıxış etməkdə tərəddüd edirsiniz? Həyəcanınızı dəf etməkdə çətinlik çəkirsiniz? Elə isə “Natiqlik və Liderlik Bacarıqları” təliminə qoşulun!

Çoxsaylı xahişləri nəzərə alaraq ADA Universiteti bu il də “Natiqlik və Liderlik Bacarıqları” təliminə start verir.

Təlim natiqlik sənətinin təməl sirləri ilə tanış olmaq, auditoriya qarşısında çıxış edərkən həyəcanını dəf etmək və liderlik bacarıqlarını inkişaf etdirmək istəyən X-XI sinif şagirdləri üçün nəzərdə tutulub.

İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

 

Seçim motivasiya məktubu əsasında aparılacaq və yalnız seçilən iştirakçılarla əlaqə saxlanılacaq.

 

Son müraciət tarixi: 18 fevral

İştirakçı sayı: 40

Tədris dili: İngilis dili

Tarix və məkan: 20-21 fevral saat: 16:00 – 18:00 (ADA Universiteti)

Qeydiyyat: http://shorturl.at/egxT0

  • Cost: Free
  • Contact: http://shorturl.at/egxT0
Event type: Admission