ADA
Events

Onlayn Məlumat Sessiyasına Qoşulun: Magistr Pilləsində Kompüter elmləri və Data analitikası üzrə İkili Diplom Proqramı

Onlayn Məlumat Sessiyasına Qoşulun: Magistr Pilləsində Kompüter elmləri və Data analitikası üzrə İkili Diplom Proqramı

ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin Kompüter elmləri və Data analitikası üzrə ikili diplom proqramı ilə maraqlananları 15 fevral saat 17:00-da onlayn Məlumat sessiyasına dəvət edirik.

Proqram magistr pilləsində iki il ərzində Bakıda və Vaşinqtonda tədris olunur. Bütün təhsil xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.

 

Qeydiyyat: events@ada.edu.az

  • Cost: Free
  • Contact:
Event type: Admission