ADA
Events

Corc Vaşinqton Universiteti ilə birgə ikili diploma proqramları barədə Məlumat sessiyası

Corc Vaşinqton Universiteti ilə birgə ikili diploma proqramları barədə Məlumat sessiyası

ADA Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi proqramlara dair suallarınız varsa, gəlin, ADA kampusunda görüşək və suallarınızı cavablandıraq!

Noyabrın 30-u Kompüter elmləri və Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi proqramlarımızla bağlı Məlumat sessiyası keçiriləcək. Sessiyamızda sizi də gözləyirik.

Qeyd edək ki, sözügedən ikili diplom proqramları “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və bütün xərclər qarşılanır.

  • Cost: Free
  • Contact:
Event type: Admission